Deputat: "Azərbaycan iqtisadiyyatı qlobal və geosiyasi təhdidlər fonunda dayanıqlığını qoruyur"
Pakistan İslam Respublikasının Azərbaycandakı səfirliyində 10 may "Qələbə Günü" münasibətilə bayram tədbiri keçirildi.
“Böyük Qayıdış” Gənclər Təşkilatı Ulu Öndərin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirib
ATU rəhbərliyi Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibəti ilə Ulu Öndərin məzarını ziyarət edib
Azərbaycan-Ermənistan sərhədində delimitasiya üzrə işlər nə yerdədir? - Nazirdən AÇIQLAMA
Arzu Əliyeva ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar paylaşım edib
Azərbaycan - Britaniya Peşəkarları Assosiasiyası ilə ATU arasında əməkdaşlıq genişlənir
Mehriban Əliyeva: "Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır"
İlham Əliyev: "Ümummilli Lider Heydər Əliyev bugünkü Azərbaycanı görsəydi, şad olardı"
İlham Əliyev Heydər Əliyevin ömür yolundakı vacib məqamları əks etdirən videoçarx paylaşıb
Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi Teymur Hacıyev: “Ulu Öndər Heydər Əliyev və Azərbaycanda hüquqi dövlət modelinin formalaşması”
DYP Kürdəmir Postunun komandiri Ruslan İsayev: “Ulu Öndər Heydər Əliyev – Azərbaycan dövlətçiliyinin xilaskarı”
Qusar Rayon Mərkəzi Xəstəxanasının direktoru İmran Qurbanov: “Ulu Öndər Heydər Əliyev və Azərbaycan səhiyyəsinin inkişafı”
Sabunçu Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Cavid Muradov: “Ulu Öndər Heydər Əliyev – Azərbaycanda sabitliyin təminatçısı”
İş adamı Cəbrayıl Cəbrayılov: “Ümummilli Lider Heydər Əliyev Azərbaycanın dövlətçilik tarixində əbədi imzadır”
“Embawood” şirkətinin Müşahidə Şurasının sədri Elşad Abbasov: “Ümummilli Lider Heydər Əliyev müasir Azərbaycan dövlətçiliyinin memarıdır”
Kliniki Tibbi Mərkəzin direktoru Musa Abbasov: “Ulu Öndər Heydər Əliyev və Azərbaycan səhiyyəsinin inkişafı”
Quba 9 Saylı XTY İstismar İdarəsinin rəhbəri İlham Cəbrayılov: “Ulu Öndər Heydər Əliyev və Azərbaycan yol strategiyasının inkişafı”
Geofizika və Geologiya İdarəsinin rəisi Ziya Rəhimov: “Ulu Öndər Heydər Əliyev və neft strategiyası”
YAP İsmayıllı rayon təşkilatının sədri Zaur Muradov: “Heydər Əliyev – müasir Azərbaycan modeli və dövlətçilik strategiyasının müəllifi”
Taleh Məmmədov: “Heydər Əliyev və müasir Azərbaycan modeli dövlətçilik strategiyasının müəllifi”
Qobustan Rayon Mərkəzi Xəstəxanasının Terapiya Şöbəsinin müdiri Lamiyə Nəsibova: “Ulu Öndər Heydər Əliyev və tibb sahəsində uğurlar”
Qobustan Rayon Mərkəzi Xəstəxanasının direktoru Günay Muradova: “Ulu Öndər Heydər Əliyev - Azərbaycan səhiyyəsinə layiqli xidmətin nümunəsi”
Qobustan Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Xəyalə İmanova: “Ulu Öndər Heydər Əliyev və Azərbaycan səhiyyəsi”
Xətai rayonunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş möhtəşəm konsert proqramı və atəşfəşanlıq təşkil olunub
Xalqa sədaqət andı- mükafatınız Tanrıdandır
Milli Aviasiya Akademiyasının baş hüquqşunası, ictimai xadim, böyük ziyalı, professor İbrahim Quliyev
(Şəxsiyyətin publisistik analizi)
Azərbaycan cəmiyyətində elə şəxsiyyətlər var onların fəaliyyəti yalnız tutduğu vəzifə ilə ölçülmür. Belə insanlar öz həyat tərzi, dövlətə və xalqa bağlılığı, ziyalılıq nümunəsi, peşəkarlığı və mənəvi keyfiyyətləri ilə bütöv bir məktəb yaradırlar. Milli Aviasiya Akademiyasının Baş hüquqşunası, ictimai xadim, İbrahim Quliyev məhz belə ziyalılardan biridir. Onun çoxşaxəli fəaliyyəti dövlətçilik ənənələrinə sədaqətin, hüquqa hörmətin, milli-mənəvi dəyərlərə bağlılığın və vətəndaş məsuliyyətinin bariz nümunəsidir.
İbrahim Quliyev haqqında danışarkən ilk növbədə “ziyalı” anlayışının mahiyyəti yada düşür. Çünki əsl ziyalı yalnız elmi bilik sahibi olmaq deyil, həm də xalqa xidmət etməyi həyat amalına çevirməkdir. İbrahim Quliyev uzun illər ərzində hüquq sahəsində qazandığı təcrübə, gənclərin maarifləndirilməsi istiqamətində gördüyü işlər və dövlətçilik ideyalarına sədaqəti ilə cəmiyyətdə böyük hörmət qazanmışdır. O, öz fəaliyyəti ilə sübut edib ki, hüquq yalnız qanun maddələri toplusu deyil, həm də ədalətin, vicdanın və insanlıq prinsiplərinin qorunmasıdır.
Milli Aviasiya Akademiyası Azərbaycanın strateji əhəmiyyət daşıyan ali təhsil müəssisələrindən biridir. Burada yüksək ixtisaslı mütəxəssislərin hazırlanması dövlətin gələcək inkişafı üçün mühüm əhəmiyyət kəsb edir. Belə bir nüfuzlu təhsil ocağında Baş hüquqşünas kimi fəaliyyət göstərmək isə böyük məsuliyyət tələb edir. İbrahim Quliyev bu məsuliyyəti daim yüksək peşəkarlıqla daşıyaraq hüquqi sistemin təkmilləşməsinə, qanunçuluğun qorunmasına və sağlam idarəçilik mühitinin formalaşmasına mühüm töhfələr verib.
Onun fəaliyyətində diqqət çəkən əsas məqamlardan biri dövlətə sədaqət prinsipidir. Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, qanunun aliliyinin qorunması və milli maraqların müdafiəsi İbrahim Quliyevin həyat fəlsəfəsinin əsas istiqamətlərindəndir. O, hər zaman dövlətçiliyi müqəddəs dəyər hesab etmiş, milli maraqları şəxsi maraqlardan üstün tutmuşdur. Bu xüsusiyyət onu həm həmkarları, həm də tələbələr arasında nümunəvi şəxsiyyətə çevirib.
Ulu Öndər Heydər Əliyevin formalaşdırdığı dövlətçilik məktəbi bu gün Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanda hüquqi dövlət quruculuğu, insan hüquqlarının müdafiəsi, müasir idarəçilik prinsiplərinin tətbiqi və təhsil sahəsində həyata keçirilən islahatlar ölkənin inkişafında mühüm rol oynayır. İbrahim Quliyev də bu inkişaf proseslərini dəstəkləyən ziyalılardan biri kimi daim dövlət siyasətinə öz töhfəsini verməyə çalışır. Onun fəaliyyətində milli maraqların qorunması, hüquqi maarifləndirmə və vətənpərvərlik ideyalarının təbliği xüsusi yer tutur.
Bu gün Azərbaycan gəncliyi milli ruhda tərbiyə olunur, dövlətçilik ideyalarına sadiq böyüyürsə, burada İbrahim Quliyev kimi ziyalıların da böyük rolu vardır. Onlar öz həyat nümunələri ilə gənclərə göstərirlər ki, uğur yalnız peşəkar biliklə deyil, həm də yüksək mənəviyyatla qazanılır.
İbrahim Quliyevin şəxsiyyətində diqqəti cəlb edən ən mühüm keyfiyyətlərdən biri sadəlik və insanpərvərlikdir. Böyük elmi və ictimai nüfuz qazanmasına baxmayaraq, o, hər zaman insanlara yaxın olub, onların problemlərinə həssas yanaşıb. Bu xüsusiyyət əsl ziyalının əsas göstəricilərindən biridir. Çünki xalqın sevgisini qazanmaq üçün yalnız vəzifə sahibi olmaq kifayət deyil; insanın mənəviyyatı, davranışı və xalqa münasibəti də mühüm rol oynayır.
Onun haqqında danışan insanlar ilk növbədə dürüstlüyünü, prinsipiallığını və xeyirxahlığını qeyd edirlər. Bu keyfiyyətlər isə hüquq sahəsində çalışan insan üçün olduqca vacibdir. Hüquqşünasın əsas silahı vicdan və ədalət hissidir. İbrahim Quliyev bu prinsiplərə sadiq qalaraq hər zaman qanunun və haqqın tərəfində olub.
Azərbaycan cəmiyyəti bu gün milli-mənəvi dəyərlərin qorunmasına xüsusi önəm verir. Belə bir dövrdə ziyalıların üzərinə böyük məsuliyyət düşür. İbrahim Quliyev də milli kimliyimizin, dövlətçilik düşüncəsinin və mənəvi dəyərlərimizin yaşadılması istiqamətində mühüm fəaliyyət göstərir. O, hər zaman milli birliyin və vətənpərvərliyin vacibliyini vurğulayır, Azərbaycan gənclərinin milli ruhda yetişməsini dəstəkləyir.
Vətən müharibəsindən sonra Azərbaycanda qalib xalqın ruhu daha da güclənib. Bu ruhun formalaşmasında dövlətə bağlı ziyalıların, ictimai xadimlərin rolu danılmazdır. İbrahim Quliyev də öz çıxışlarında və fəaliyyətində Azərbaycanın ərazi bütövlüyünün bərpasını böyük tarixi nailiyyət kimi qiymətləndirir, şəhidlərin xatirəsinə ehtiramı və qazilərə qayğını hər bir vətəndaşın mənəvi borcu hesab edir.
Onun həyat yolu gənc nəslə bir nümunədir. Bu yol zəhmətin, biliyin, vicdanın və xalqa xidmətin yoludur. İbrahim Quliyev öz fəaliyyəti ilə sübut edir ki, insan tutduğu vəzifədən daha çox mənəvi dəyərləri ilə ucalır. O, yalnız bir hüquqşünas və alim deyil, həm də Azərbaycan ziyalısının canlı obrazıdır.
Bu gün İbrahim müəllim kimi ziyalıların fəaliyyəti dövlətimizin inkişafına mühüm töhfə verir. Belə insanlar cəmiyyətin mənəvi dayaqlarıdır. Onların həyat yolu gənclərə örnək olur, insanlarda dövlətə və xalqa xidmət hissini gücləndirir.
“Xalqa sədaqət andı” ifadəsi İbrahim Quliyevin həyat amalını ən dolğun şəkildə ifadə edir. Çünki onun fəaliyyəti vətəndaş məsuliyyətinin, dövlətə bağlılığın və xalqa xidmət ideyasının təcəssümüdür. O, bütün fəaliyyəti boyunca Azərbaycan dövlətçiliyinə sadiq qalıb, öz biliyi və zəhməti ilə cəmiyyətə fayda verməyə çalışıb.
Belə şəxsiyyətlər zaman keçsə də unudulmurlar. Çünki onların izi yalnız sənədlərdə və vəzifələrdə deyil, insanların qəlbində yaşayır. İbrahim Quliyev də öz fəaliyyəti ilə xalqın hörmətini qazanan, ziyalılığın və vətəndaşlıq məsuliyyətinin ən gözəl nümunəsini göstərən şəxsiyyətlərdən biridir.
Azərbaycanın gələcəyi məhz belə ziyalıların fəaliyyəti üzərində qurulur. Dövlətinə, xalqına və milli dəyərlərinə sədaqətlə xidmət edən insanlar cəmiyyətin inkişafında mühüm rol oynayırlar. Professor İbrahim Quliyev də öz ömür yolunu bu müqəddəs amala həsr etmiş ziyalılardandır. Onun həyat və fəaliyyət yolu bir daha sübut edir ki, xalqa xidmət ən ali və ən şərəfli missiyadır.
PS: Deyirlər Vətən yurddan başlayır. Xan Lənkəranın yetişdirməsidir İbrahim müəllim. Öz yurduna, elatına, adət-ənənələrinə bağlı... Və heç vaxt ondan ayrılmayan dəyərli insan, cənub bölgəsi onu doğması hesab edir. Çünki İbrahim Quliyev hər bir insanın, hər bir Azərbaycanlının, hər bir cənublunun doğmasıdır. Deyirlər dünya yaxşıların çiyinlərində dayanıqlıdır, yoxsa məhfərindən qopardı. O dayaqlardan biri, Azərbaycanın dəyərli ziyalısı, ictimai xadim, elm xadimi, xalqına sədaqət andı içən, xalq ağsaqqalı, professor İbrahim Quliyevdir.
Ömrünüz uzun olsun, hörmətli və əziz İbrahim müəllim.
Dərin hörmətlə,
Hürü Hacızadə
Yazıçı-publisist,
“Qızıl qələm” mükafatçısı
Fərid faiqoğlu
AJB-nin üzvü,
Azərbaycan Vətən Müharibəsi Veteranları İB-nin fəxri üzvü






















































