“Böyük Qayıdış” Gənclər Təşkilatı Ulu Öndərin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirib
ATU rəhbərliyi Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibəti ilə Ulu Öndərin məzarını ziyarət edib
Azərbaycan-Ermənistan sərhədində delimitasiya üzrə işlər nə yerdədir? - Nazirdən AÇIQLAMA
Arzu Əliyeva ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar paylaşım edib
Azərbaycan - Britaniya Peşəkarları Assosiasiyası ilə ATU arasında əməkdaşlıq genişlənir
İlham Əliyev Heydər Əliyevin ömür yolundakı vacib məqamları əks etdirən videoçarx paylaşıb
DYP Kürdəmir Postunun komandiri Ruslan İsayev: “Ulu Öndər Heydər Əliyev – Azərbaycan dövlətçiliyinin xilaskarı”
İş adamı Cəbrayıl Cəbrayılov: “Ümummilli Lider Heydər Əliyev Azərbaycanın dövlətçilik tarixində əbədi imzadır”
Kliniki Tibbi Mərkəzin direktoru Musa Abbasov: “Ulu Öndər Heydər Əliyev və Azərbaycan səhiyyəsinin inkişafı”
Geofizika və Geologiya İdarəsinin rəisi Ziya Rəhimov: “Ulu Öndər Heydər Əliyev və neft strategiyası”
YAP İsmayıllı rayon təşkilatının sədri Zaur Muradov: “Heydər Əliyev – müasir Azərbaycan modeli və dövlətçilik strategiyasının müəllifi”
Taleh Məmmədov: “Heydər Əliyev və müasir Azərbaycan modeli dövlətçilik strategiyasının müəllifi”
Qobustan Rayon Mərkəzi Xəstəxanasının Terapiya Şöbəsinin müdiri Lamiyə Nəsibova: “Ulu Öndər Heydər Əliyev və tibb sahəsində uğurlar”
Qobustan Rayon Mərkəzi Xəstəxanasının direktoru Günay Muradova: “Ulu Öndər Heydər Əliyev - Azərbaycan səhiyyəsinə layiqli xidmətin nümunəsi”
Qobustan Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Xəyalə İmanova: “Ulu Öndər Heydər Əliyev və Azərbaycan səhiyyəsi”
Xətai rayonunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş möhtəşəm konsert proqramı və atəşfəşanlıq təşkil olunub
Azərbaycan Tibb Universiteti Türkiyənin Yozqat Bozok Universiteti ilə əməkdaşlığa başlayır
İpək Yol MMC-nin rəhbəri Qəzənfər Niftəliyev: “Mən fəxr edirəm ki, Ulu Öndər Heydər Əliyevin dövrünün ziyalıları ilə çiyin-çiyinə çalışıram”
Xeyriyyəçi, vətənpərvər sahibkar xanım Zərniyar Kərimova: “Ulu Öndər və Azərbaycan qadını”
Tibb üzrə fəlsəfə doktoru Dilqəm Məhərrəmov beynəlxalq tibb konqresində məruzə ilə çıxış edib
“Sağlığında sahə həkiminin qəbuluna düşməyibsə, ölüm kağızı almaq olmur” - Rəsmi açıqlama
Strateji maraqlar “qətnamə marafonu”na qarşı
Avropa Parlamentinin Azərbaycan əleyhinə qəbul etdiyi növbəti qətnamənin ömrü cəmi beş gün çəkdi.
“Qafqazinfo” Report-a istinadən xəbər verir ki, Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasın İrəvanda keçirilmiş Avropa Siyasi Birliyinin 8-ci Zirvə toplantısından dərhal sonra Bakıya səfər etməsi "köhnə qitə"nin Azərbaycanla münasibətlərdə hansısa marjinal deputat qruplarının maraqlarından deyil, özünün strateji maraqlarından çıxış etdiyini göstərir.
Azərbaycan Prezidenti İlham Əliyevlə Kaya Kallasın müzakirə etdiyi məsələlər bir daha təsdiqləyir ki, tərəflər enerji, nəqliyyat, təhlükəsizlik kimi məsələlərdə əməkdaşlığı inkişaf etdirmək niyyətində qətidirlər.
Görüşdə həmçinin vurğulanıb ki, hazırda Azərbaycanla Avropa İttifaqının gündəliyində rəqəmsal transformasiya, süni intellekt, bərpaolunan enerji və digər sahələrdə əməkdaşlıqla bağlı məsələlər də var.
Bu isə o deməkdir ki, tərəflər arasında münasibətlər həmişə olduğu kimi praqmatik yanaşmaya və qarşılıqlı etimada əsaslanır və Avropa Parlamentində qəbul edilən antiazərbaycan qərarları nəinki rəsmi Bakı üçün, heç Avropanın özü üçün də heç bir praktiki əhəmiyyət kəsb etmir.
.jpg)
Yaxın tarixə müraciət etsək görərik ki, Avropa Parlamentinin “qətnamə marafonu”na Azərbaycan 44 günlük Vətən müharibəsində qələbə qazandıqdan sonra start verilib və 5 ildə Azərbaycana qarşı 14 qətnamə qəbul edilib. Özü də avrodeputatlar Azərbaycan əleyhinə fəaliyyətdə rəsmi İrəvanı belə geri qoyaraq, “Roma Papasından da artıq katoliklik” nümayiş etdirə biliblər.
Onlardan fərqli olaraq, Avropa İttifaqının icra strukturları Azərbaycanla strateji münasibətlərin dəyərini real qiymətləndirir və hansısa lobbistlərin "erməni xəyalları"na qurban vermək istəmirlər. Əvvəla ona görə ki, hazırki mürəkkəb geosiyasi vəziyyətdə rəsmi Bakı Avropanın enerji təhlükəsizliyinin təminatında müstəsna rol oynamaqdadır. Bu gün Azərbaycan ümumilikdə 16 ölkəyə təbii qaz ixrac edir ki, onların da 10-u Avropa İttifaqına üzv dövlətlərdir. Bundan əlavə, Avstriya və Almaniya da enerji təchizatlarını yaxşılaşdırmaq üçün Azərbaycana müraciət ediblər.
Rusiya ilə Ukrayna arasında müharibənin başlamasından sonra, 2022-ci ilin iyul ayında tərəflər arasında imzalanmış “Enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” 2027-ci ilə qədər Xəzər hövzəsindən Avropaya təbii qaz tədarükünün iki dəfə artırılmasını və bərpa olunan enerji sahəsində əməkdaşlığın qurulmasını nəzərdə tutur.
.jpg)
Avropa İttifaqı ilə Azərbaycan arasında strateji dialoqun digər istiqaməti isə nəqliyyat sahəsidir ki, burada da söhbət Avropanı Xəzər və Qara dəniz üzərindən Asiya ilə birləşdirən layihələrdən, TRİPP layihəsi və nəhayət qlobal əhəmiyyət kəsb edən Orta Dəhlizdən gedir. Avropa İttifaqı bütün bu layihələrin həyata keçirilməsində son dərəcədə maraqlıdır və bu məsələdə rəsmi Bakının roluna, həmçinin təşəbbüslərinə böyük önəm verir.
Bu baxımdan Azərbaycanla Ermənistan arasında kommunikasiyaların tezliklə açılması və deməli bölgədə Azərbaycanın müəllifi olduğu sülh gündəliyinin irəli aparılması da Avropanın marağındadır. Rusiya-Ukrayna müharibəsi və İran ətrafında baş verənlər isə Cənubi Qafqazda sülhün və təhlükəsizliyin əhəmiyyətini Avropa İttifaqı üçün ikiqat artırır.
Odur ki, Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası kimi təsisatların erməni lobbisinin təsiri altında bölgədə aparılan sülh quruculuğuna mane olmaq cəhdləri praktiki nəticə verə bilməz.
Yeri gəlmişkən, bugünlərdə Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş hakimi Luis Moreno Okamponun erməni oliqarxlarına pul müqabilində xidmət göstərməsini sübut edən videolar yayıldıqdan sonra Avropa təsisatlarında antiazərbaycan qətnamələrinin məhz sülh prosesinə qarşı yönəldiyini də təsdiqləyib.
Buna baxmayaraq, Azərbaycan sülh gündəliyini real addımlarla irəli aparır və Ermənistan da bunun iqtisadi nəticələrini artıq hiss edir. Azərbaycan hətta Ermənistanın enerji təhlükəsizliyinə də töhfə verir ki, bu da qonşu ölkəni İran ətrafında yaranmış gərginlik səbəbindən yarana biləcək enerji qıtlığından xilas edir.
Bu mənada Azərbaycan Prezidenti İlham Əliyevin Avropa Siyasi Birliyinin İrəvanda keçirilən sammitindəki çıxışı da bölgədə sülhə töhfə verən tarixi hadisə sayılmalıdır və Aİ rəhbərliyi tərəfindən də bu, adekvat qiymətləndirilir.























































