Xalqına bağlı vətənpərvər iş adamı – “Ekskluziv Elektrik” şirkətinin rəhbəri Elşən İsmayılov
Polşada keçirilən Avropa çempionatında Azərbaycan hapkidoçularından böyük uğur – 4 medal qazanıldı
HƏP İdarə Heyətinin iclasında Prezident İlham Əliyevin siyasi kursunun uğurları geniş müzakirə edildi
23 may 2026-ci il tarixində "Unikal Xaricdə Təhsil və Hüquqi Konsaltinq Agentliyi"nin təşkilatçılığı ilə “Unikal Xaricdə Təhsil Forumu - 2026” keçirildi.
İspaniyada polislə “Sumud flotiliyası”nın fəalları arasında toqquşma - Saxlanılanlar var
İsmayıl Zalovun European Parliamentdə çıxışı iştirakçılar tərəfindən böyük maraq və yüksək qiymətləndirmə ilə qarşılanmışdır.
Rafael Hacıbəyli: Azad edilmiş ərazilərdə icmalar üçün ağıllı və dayanıqlı şəhərlər qurulur
Azərbaycan güləşçiləri ilə xalqımız fərəh və qürur duyur.
Azərbaycan xalqı beş il beş aydan artıqdır ki, zəfər sevinci, şərəf və qürur hissləri ilə yaşamağa davam edir.
Əlbəttədə bu şərəfli günlərin, ayların və illərin yaşamağımızın əsas səbəbkarı Ulu Öndər Heydər Əliyevin siyasi varisi Möhtərəm Prezident İlham Əliyev,şəhidlərimiz və müdrik xalqımızın dövlət ətrafında sıx birləşməsidir.
“Güc birlikdədir” şüarı bütün sahələrdə olduğu kimi idman sahəsində də böyük əhəmiyyətə malikdir. Məhz bu birliyin nəticəsidir ki, Azərbaycan idmançıları Dünya, Olimpiya və Avropa idman yarışlarında uğurla çıxış edərək ən yüksək kürsülərə qalxır və Azərbaycan bayrağını ən yüksəklərdə qürurla dalğalandırırlar.
Albaniyanın Tirana şəhərində keçirilmiş Avropa çempionatında komanda hesabında Avropa çempionu olan yunan-Roma güləşi və sərbəst güləş, həmçinin qadın güləşi üzrə ən yüksək səviyyəli medallar qazanmış güləşçi idmançılarımızın qələbəsi bir daha xalqımız tərəfindən böyük sevinc və fəxr hissi ilə qarşılandı. Bütün yarışlarda olduğu kimi güləşçi idmançılarımız öz peşəkarlığını göstərərək rəqiblərini ədalətli mübarizədə məğlub etmişlər.
Bu qələbələr Azərbaycan güləşinin peşəkarcasına və uğurla inkişaf etdiyinin bariz nümunəsidir.
Güləşçilərimiz tərəfindən tarixi güləş ənənələrini yaşatmaları ilə bərabər dünya güləş arenalarında milli mənəvi dəyərlərimizi də yüksək səviyyədə nümayiş etdirirlər.
Möhtərəm Prezident İlham Əliyev milli komandamızın Tirana şəhərində keçirilmiş Avropa çempionatında qazandığı böyük qələbə münasibətilə təbrik edərkən qeyd etmişdir ki, “Hər dəfə beynəlxalq yarışlarda bizim bayrağımız qaldırılanda bütün Azərbaycan xalqı qürur hissi keçirir, sevinir. Bu qələbə sevincini idmançılarımız xalqımıza bəxş edir və bu da öz növbəsində gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə etmək üçün çox önəmli amildir. İdman, ümumiyyətlə, cəmiyyətimizin ayrılmaz hissəsidir və xüsusilə son illər ərzində idmanımızda gedən müsbət proseslər, əlbəttə ki, hamımızı sevindirir.”
Albaniyanın Tirana şəhərində keçirilmiş yarışda qələbə qazanmış güləşçi idmançılarımızı ürəkdən təbrik edirik, gələcək beynəlxalq idman yarışlarında yeni-yeni uğurlar arzulayırıq.
Muxtar Nağıyev
YAP Səbail rayon təşkilatının sədri























































