Vətənə və dövlətə bağlı sahibkarlığın nümunəsi – Minera Group şirkətlər qrupunun təsisçisi və rəhbəri Xudaqulu Rzayev
Həkim Pərvaz Kişiyevin fəaliyyəti ilə bağlı suallar cavabsız qalır – rəsmi qurumların susqunluğu ictimai narahatlıq yaradır
Xudayar Rəhimov – Cəlilabadın yol təsərrüfatının inkişafına töhfə verən rəhbər, şəhid ailələri və qazilərin yaxın dostu
İSMAYIL ZALOV: “İNSAN HÜQUQLARINA HÖRMƏT EDƏK, QANUNLARI POZMAYAQ, AZADLIĞIMIZIN QƏDRİNİ BİLƏK”
Vatsap o telefonlarda işləməyəcək
Gündəlik ünsiyyətin əsas platformalarından birinə çevrilən Vatsap köhnə nəsil “Android” telefonlar üçün dəstəyini dayandırmağa hazırlaşır. Yeni qərar milyonlarla istifadəçini əhatə edəcək.
“Qafqazinfo” xəbər verir ki, “Meta”ya məxsus mesajlaşma tətbiqi 8 sentyabr 2026-cı il tarixindən etibarən “Android 6.0”dan aşağı əməliyyat sistemlərində işləməyəcək. Bu o deməkdir ki, daha köhnə cihazlar Vatsap ekosistemindən kənarda qalacaq.
Rəqəmlərə əsasən, “Android 5.0” və daha aşağı versiyalardan istifadə edən cihazların payı ümumi istifadəçi bazasında kiçik faiz təşkil etsə də, qlobal miqyasda bu, milyonlarla istifadəçiyə təsir göstərə bilər. Bu addımın xüsusilə 2015-ci ildən əvvəl istehsal olunan smartfonları əhatə etdiyi bildirilir.
Qərarın əsas səbəbi həm texniki inkişaf, həm də təhlükəsizlik tələbləridir. Köhnə “Android” versiyaları uzun müddətdir təhlükəsizlik yeniləmələri almadığı üçün kibertəhlükələrə daha açıq vəziyyətdədir. Bu isə Vatsap kimi şifrələnmiş rabitə sistemlərinin tam effektiv işləməsinə mane olur.
Köhnə cihazlardan istifadə edənlər üçün Vatsapda xidmətin davamı mümkün olmayacaq. Mesaj tarixçəsini qorumaq və ünsiyyəti itirməmək üçün istifadəçilərə əməliyyat sistemini yeniləmək və ya daha yeni bir cihaza keçmək tövsiyə olunub.























































