Hər kəs öz hekayəsinin qəhrəmanıdır... Qalibin yaşı olmur... Kiçik qəhrəmanın Böyük yolu
Qaradağ rayon Qobustan qəsəbəsində itkin düşmüş Şəhid Cəlal Abdullayevin anım günü keçirildi
Şuşa Dövlət Dram Teatrında Şəhid kapitan Əli Abbasquluzadə və kəşfiyatçı Elman Əliyevin mövlud günü tədbiri keçirildi
Geofizika və Geologiya İdarəsinin rəisi Ziya Rəhimov-Neftçi əməyinə ehtiram, dövlətçilik ənənələrinə sədaqət
20 sentyabr – Azərbaycanın Dövlət Suverenliyi Günü milli qürur və dövlətçilik tariximizin şərəfli səhifəsidir
Xeyriyyəçi, vətənpərvər xanım Zərniyar Kərimova - Vətən sevgisi, dövlətçilik ruhu və neftçi əməyinə ehtiram
Hər bir müraciət qeydiyyata alınaraq problemlərin aradan qaldırılması istiqamətində aidiyyəti üzrə müvafiq göstəriş və tapşırıqlar verilib
Qalmaqallı uşaq bağçasında şok iddialar və məsələnin əsli ortaya çıxdı.
Son günlər sosial şəbəkələrdə Sumqayıt şəhərində fəaliyyət göstərən özəl baxça ilə bağlı müxtəlif iddialar yayılmaqdadır. Mətbuat nümayəndəsi olaraq məsələni araşdırmaq məqsədilə ilkin faktlar və yayılan məlumatlar nəzərdən keçirilib.
Araşdırma zamanı diqqət çəkən məqamlardan biri 02. 04.2026-cı il tarixində Nigar Köçərli adlı şəxsin Bona Dea xəstəxanasını məhkəməyə verməsi ilə bağlı məlumat olub. İddialara görə, bu məhkəmə işi həkim ehtiyatsızlığı ilə əlaqələndirilir və hazırda müzakirə olunan hadisələrlə dolayı bağlılıq ehtimalı irəli sürülür.
Eyni zamanda, araşdırma çərçivəsində bəzi şəxslər arasında qohumluq əlaqələrinin mövcud olduğu iddia edilir. Bildirilir ki, İlahi Xudu qızı Əliyeva ilə Nigar Köçərli arasında ailəvi bağlılıq var. Nigar köçərli İlahə Əliyevanın qardaşının həyat yoldaşıdır. Bu kontekstdə, Sumqayıtda yerləşən Esmanur Tədris Mərkəzində baş verdiyi deyilən hadisələrin də həmin şəxslərlə əlaqəli ola biləcəyi ehtimal edilir.
Əldə olunan məlumatlara əsasən, 01.04.2026-cı il tarixində işdən çıxarıldığı bildirilən baxçanın metodisti Pərvanə Aydın qızı Ağayeva və hazırda Müasir Stomatologiya Mərkəzində stomatoloq kimi fəaliyyət göstərən Nilufər Kərimzadə ilə bağlı da müəyyən iddialar səsləndirilir. Belə ki, onların şəxsi motivlər zəminində İlahə Əliyeva haqqında mənfi məlumatlar yaydığı və bunun təşkilatlanmış qarayaxma kampaniyası ola biləcəyi iddia olunur.
Qeyd edək ki, bütün bu məlumatlar müxtəlif mənbələrə istinadən təqdim olunur və rəsmi qurumlar tərəfindən hələlik təsdiqlənməyib. Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini öyrənmək və rəsmi açıqlamaları əldə etmək üçün araşdırmalar davam etdirilir.
Altv1.info.az























































