“AI Career Navigator” proqramı 200-dən çox gənci süni intellektin karyerada rolu ilə tanış edib.
Cəbrayılın aqrar dirçəlişi: Şahin Şirinovun rəhbərlik etdiyi sahənin inkişaf perspektivləri
“Regionlarda könüllü gənclərin bacarıqlarının artırılması və intellektual inkişafına dəstək” layihəsi həyata keçirilib
Ticarətdən birgə istehsala: Azərbaycan və Mərkəzi Asiya arasında yeni iqtisadi model
Deputat: Müasir Azərbaycan müstəqil siyasət həyata keçirir, nəqliyyat, enerji və siyasi layihələri inkişaf etdirir
Dövlətə və dövlətçiliyə sədaqətli xidmətin nümunəsi – Taleh Məmmədova ad günü təbriki!
“Heydər Əliyev - Azərbaycan fenomeninin uydurulmamış tarixi” kitabı xarici müəllifin Azərbaycan həqiqətlərinə baxışıdır
Ayrılığın şəklini çəkib - Qalib oldu
“İlin Mətbuat Fotosu” beynəlxalq mükafatının qalibi elan olunub.
“Qafqazinfo” xəbər verir ki, mükafatı ABŞ-də immiqrasiya siyasətinin humanitar tərəfini əks etdirən kadr qazanıb.
Qalib foto ABŞ fotojurnalisti Kerol Quzi tərəfindən çəkilib.
Foto ABŞ-də immiqrasiya rəsmilərinin bir atanı nəzarətə götürərək, ailəsindən ayırdığı anı göstərir. Şəkildə Ekvadordan olan bir ailənin faciəvi vəziyyəti əks olunur. Ailənin atası Luisin ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) əməkdaşları tərəfindən aparıldığı an və ailə üzvlərinin onu saxlamağa çalışması kadra düşüb.
Məlumata görə, foto Nyu-Yorkda məhkəmə binası qarşısında çəkilib və dinləmələrdən sonra ailələrin ayrıldığı anı sənədləşdirib.
Münsiflər heyəti Kerol Quzinin eyni hadisə ilə bağlı hazırladığı foto silsiləsi arasından bu kadrı seçib.
“İnsanların qeydə alınmadan yoxa çıxa bildiyi bir mühitdə mətbuatın rolu baş verənləri sənədləşdirmək və hakimiyyəti məsuliyyətə cəlb etmək baxımından çox vacibdir”, - fotojurnalist bildirib.
“World Press Photo”nun direktoru Cumana əl-Zeyn Xuri qalib fotonu “müstəqil fotojurnalistikanın əhəmiyyətini göstərən güclü nümunə” kimi dəyərləndirib: “Demokratiyalarda kameranın olması siyasətin insan həyatına təsirini şahidliklə sənədləşdirir”.
Finalçılar arasında Qəzzada yardım axtaran insanların fotosunu çəkən Saber Nuraldin və Qvatemalada yerli Açi qadınlarını əks etdirən portretləri ilə Viktor J. Blu da yer alıb.
Müsabiqəyə ümumilikdə 3747 fotojurnalist tərəfindən 57 mindən çox iş təqdim olunub və onlardan 45-i mükafata layiq görülüb.























































