Düşmən gülləsinə sinəsini sipər edən qəhrəman – Vidadi Nizami oğlu Zalovun igidlik salnaməsi
“İnklüzivliyin Sirri” – Humanist dəyərlərin təntənəsi və uşaqların yaradıcılıq bayramı
Beynəlxalq Hüquq Müdafiəçisi İsmayıl Zalovdan Türkiyə İstanbul Ədalət Sarayında xüsusi müsahibə
Siyasi elmlər doktoru, professor Vaqif Abdullayev: Azərbaycan–İsrail münasibətləri: Tarixi səfər fonunda yeni əməkdaşlıq üfüqləri
Bu sevda Vətən sevdasıdır... XTQ-nin cəsur döyüşçüsü, Şuşa fatehi Zaur Ələkbərovun qəhrəman obrazı
Masallı qaz idarəsindən şikayət: “Heç bir rəsmi xəbərdarlıq edilmədən qazımız kəsildi” -VIDEO
ƏFSANƏ İBRAHİMOVA — ZİYALI AİLƏSİNDƏN MEDİA RƏHBƏRLİYİNƏ UZANAN NÜMUNƏVİ HƏYAT YOLU
ZAQATALA RAYONU, MAZIX KƏNDİNDƏ NƏZARƏTSİZLİK TƏHLÜKƏLİ HƏDDƏ ÇATIB - SÜRÜCÜLƏR HƏR GÜN RİSK ALTINDADIR -VİDEO
Sözün, zəkanın və insanlığın 50 illik işıqlı yoluna ehtiramla – Təyyar Yəhyayevə yubiley təbriki
“Sabah” növbəti tur çempion ola bilər - “Qarabağ” üçün üçüncülük təhlükəsi
Misli Premyer Liqasının lideri “Sabah” növbəti tur çempion ola bilər.
“Qafqazinfo” xəbər verir ki, Masazır təmsilçisi əvvəlcə bunun üçün 29-cu turda “Karvan-Yevlax”a qalib gəlməlidir.
Daha sonra isə Valdas Dambrauskasın komandası “Qarabağ”ın “Neftçi”yə uduzmasını gözləməlidir. Əgər ağdamlılar məğlub olarsa, “Sabah”la xal fərqi 16-ya çıxacaq.
Bundan sonra “Qarabağ”ın təxirə salınmış “Neftçi” matçı ilə birlikdə 5 oyunu qalacaq. Ondan sonra Qurban Qurbanovun komandası 5 oyunu udsa da, cəmi aktivinə 15 xal yaza biləcək ki, bu da “Sabah”a çatmağa kifayət etmir.
“Qarabağ” üçün artıq çempionatda üçünclük təhlükəsi də var. Ağdam klubunu 3-cü pillədəki “Turan Tovuz”dan cəmi 1 xal ayırır.
Ağdamlıların ağır oyun qrafikini nəzərə alsaq, bu baş verə bilər. Son oyunlarda ardıcıl qələbələr qazanan tovuzlularda isə vəziyyət yaxşıdır.
Qurban Qurbanovun da etiraf etdiyi kimi komandasındakı yorğunluq və futbolçuların formada olmaması ikinciliyin də əldən verilməsinə gətirib çıxara bilər.
Çünki “Qarabağ”ı Azərbaycan kubokunun yarımfinalının cavab görüşündə “Sabah”la çətin oyun və son turlarda formada olan “Neftçi” ilə ardıcıl iki matç gözləyir.
Qurban Qurbanov ən azı yayda Avropa Liqasının təsnifat mərhələsinə qoşulmaq üçün bu matçlarda yaxşı nəticələrə imza atmalıdır.

























































