Əhaliyə “nüvə zərbəsi” bildirişləri göndərdilər - Dünyada “qiyamət günü” panikası - Fotolar
Batmanlı kürd iş qadını Muazzez Baktaş: “Regional təcrübədən beynəlxalq investisiya baxışına”
Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasından Prezident İlham Əliyevə məktub ünvanlanıb
Azərbaycan və Türkiyə qardaşlığının çağdaşlıq və dövlətçilik idealları: Settar Kaya Prezident İlham Əliyevə təşəkkür məktubu ünvanlayıb
Türkiyədən 1 milyard dollar və ölkənin ən gözəl qadınını - Tələb etdi
Uqanda Silahlı Qüvvələrinin Komandanı general Muhozi Kaineruqaba Kampala dövlətlərarası münasibətlərin daha da gərginləşməsinin qarşısını almaq üçün Türkiyədən 1 milyard dollar, həmçinin ölkənin ən gözəl qadınının ona ərə verilməsini tələb edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə o, “X” hesabında yazıb.
“Əgər problemlərimiz həll olunmasa, yaxın 30 gün ərzində Türkiyə ilə bütün diplomatik əlaqələri kəsəcəyik. Danışıqlara başlamazdan əvvəl Türkiyədən dərhal 1 milyard dollar təqdim etməsini tələb edirik”, - paylaşımda deyilir.
Sonra o, daha bir paylaşım edərək Türkiyənin “ən gözəl qadınının” ona ərə verilməsini tələb edib, lakin sonradan həmin paylaşımı silib.
Qeyd edək ki, Kaynеruqaba Türkiyəni Somalidə infrastruktur müqavilələrindən, həmçinin bu dövlətin paytaxtı Moqadişo şəhərində limanların və hava limanlarının fəaliyyətindən qazanc əldə etməkdə ittiham edir. Uqanda Afrika İttifaqının missiyaları çərçivəsində Somalidə radikal islamçı “Əş-Şəbab” qruplaşmasına qarşı mübarizə aparır.























































