“Gənclər üçün HR sahəsində karyera: İlk addımlardan peşəkar inkişafa” adlı panel müzakirəsi keçirilib
İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin İdarə Heyətinin növbəti iclası keçirilib.
Polkovnik Elmar Hüseynov: "Vətən müharibəsi əvvəlki döyüşlərin məntiqi nəticəsi idi" - RTV
“BBG Energy” Oman bazarında yeni strateji mərhələyə qədəm qoyur - “Hema Energy” ilə əməkdaşlıq rəsmiləşdirildi
ƏDALƏTİN ALİ ÜNVANINA — ALİ MƏHKƏMƏNİN PEŞƏKAR FƏALİYYƏTİNƏ VƏ MÜLKİ KOLLEGİYANIN ƏDALƏT MÜHAKİMƏSİNƏ TÖHFƏLƏRİNƏ YÜKSƏK QİYMƏT
Deputat Sevinc Fətəliyeva ilə bağlı qarayaxma xarakterli iddialara hüquqi və faktoloji aydınlıq – MÖVQE
Xətai rayonunda Beynəlxalq Müəllimlər Günü münasibətilə “Zirvəyə Aparan İşıq” adlı tədbir keçirilib.
Azərbaycan Respublikasında Məhkəmə-Hüquq Şurasının Hüquqi Statusu və Fəaliyyətinin Konstitusion-Hüquqi Əsasları
Ankarada “Suverenliyimizi Qazanan Şanlı Zəfər” sərgisi keçirilib
Türkiyənin paytaxtı Ankara şəhərində Azərbaycan rəssamlarının “Suverenliyimizi Qazanan Şanlı Zəfər” adlı sərgisi təşkil olunub. Sərgi Türkiyə Respublikasındakı səfirliyimizin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi və Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Ankara Rəsm və Heykəl Muzeyində baş tutub.
Tədbirdə incəsənət xadimləri, elm adamları, rəsmi şəxslər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Sərgidə AYB və AJB-nin üzvü, “Merhemet.TV”-nin baş redaktoru Gülnara Həmidovanın bacısı, Atatürk Universitetinin Güzel Sanatlar Fakültəsi, Geleneksel Türk Sanatları Bölümünün dosenti, Dr. Ümbülbanu Həmidovanın da əsərləri nümayiş olunub.
Açılış mərasimində çıxış edən Ömər Faruk Belviranlı, Samir Abbasov, Füzuli Məcidli, Şamil Ayrım, Ayyüce Türkeş və Arif Hüseynov Azərbaycan ilə Türkiyə arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərindən, sərginin əhəmiyyətindən danışıblar. Natiqlər vurğulayıblar ki, Azərbaycanın əldə etdiyi tarixi qələbə incəsənət dili ilə beynəlxalq ictimaiyyətə təqdim olunur və bu cür tədbirlər iki ölkə arasında mədəni əlaqələrin daha da möhkəmlənməsinə xidmət edir.
Çıxışlarda bildirilib ki, Türkiyədə yaşayan Azərbaycan rəssamları mədəniyyətimizin təbliğində mühüm rol oynayır, eyni zamanda Azərbaycan ilə Türkiyə arasında mədəni körpülərin qurulmasına öz töhfələrini verirlər. Qeyd olunub ki, İkinci Qarabağ müharibəsində qazanılan qələbə yalnız Azərbaycan üçün deyil, bütün Türk dünyası üçün böyük tarixi nailiyyətdir və bu zəfərin incəsənət vasitəsilə təqdim olunması xüsusi əhəmiyyət kəsb edir.
Sərgidə Türk dünyasının böyük şəxsiyyətləri – Mustafa Kamal Atatürk və Heydər Əliyevin portretləri, eləcə də vətənpərvərlik, milli-mənəvi dəyərlər, Qarabağ mövzusu və Azərbaycan-Türkiyə qardaşlığına həsr olunmuş çoxsaylı əsərlər nümayiş etdirilir.
Qeyd edək ki, 44 günlük Vətən Müharibəsində qələbənin 5-ci ildönümü münasibətilə Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən 2025-ci ildə elan edilən sərgi üçün son altı ay ərzində Türkiyənin müxtəlif şəhərlərindən çoxsaylı əsərlər təqdim olunub. Təşkilat Komitəsi tərəfindən seçilən 44 rəsm əsəri sərgidə nümayiş etdirilmək üçün Ankara Rəsm və Heykəl Muzeyində bir araya gətirilib.
Sərgi Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin incəsənət vasitəsilə daha da möhkəmləndirilməsinə xidmət edən mühüm mədəni hadisə kimi dəyərləndirilir.
https://www.instagram.com/reels/DW30VRADWEP/
Gülnara Həmidova
AYB və AJB-nin üzvü
“Qızıl Qələm” mükafatçısı























































