Xəbər Lenti
24-10-2026, 11:14
“Türkiyə ilə Azərbaycanın bağları müvəqqəti fikir ayrılıqlarından daha dərindir” - Bağçalı
23-10-2026, 20:15
“Shirvan Operating Company Ltd” ərazi partiya təşkilatında YAP-ın VIII Qurultayına həsr olunmuş tədbir keçirilib
23-10-2026, 11:46
KONSTİTUSİYA, ƏDALƏT VƏ QANUNUN ALİLİYİ — GÜCLÜ HÜQUQİ DÖVLƏTİN TƏMƏLİ! İSMAYIL ZALOVDAN AZƏRBAYCANIN HÜQUQ SİSTEMİNƏ YÜKSƏK DƏYƏR
22-10-2026, 12:15
Lənkəran ŞİH başçısı şəhid Aqşin İbadov, Emil Şıxəlizadə və Etiram Hüseynlinin məzarını ziyarət edib
21-10-2026, 13:26
Rövşən Məmmədov – milli dəyərlərə sədaqət, dövlətçilik mövqeyi və xeyirxahlıq ənənələrinə bağlılıq
21-10-2026, 12:14
Lənkəranda Prezident cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə dair ümumrayon müşavirəsi keçirilib
Sürətli danışan insanlar daha zəkidir? - Alimlərdən maraqlı açıqlama
Sürətli danışan insanların bu xüsusiyyəti uzun illərdir müzakirə mövzusudur. Bəziləri bunu sadəcə vərdiş hesab etsə də, elm adamları bu halın beynin işləmə mexanizmi ilə birbaşa əlaqəli olduğunu bildirir. Aparılan araşdırmalar sürətli danışığın arxasında düşündüyümüzdən daha mürəkkəb səbəblərin dayandığını göstərir.
Qaynarinfo xəbər verir ki, mütəxəssislərin fikrincə, sürətli danışan insanların böyük hissəsində düşüncə axını son dərəcə intensiv olur. Beyin eyni anda bir neçə fikri formalaşdırıb analiz edərkən, danışıq bu tempə uyğunlaşmaqda çətinlik çəkir. Nəticədə sözlər sanki beynin sürətinə çatmaq üçün yarışır.
Sürətli düşüncə danışıq tempini artırır
Psixoloqlar qeyd edir ki, bu vəziyyət məlumatın emal və filtrasiya müddətinin qısalması ilə bağlıdır. Mövzular arasında sürətlə keçid edən, detalları tez qavrayan və analitik düşüncə qabiliyyəti yüksək olan insanlarda danışıq sürətinin artması qaçılmaz olur. Aktiv işləyən beyin bu dinamikanı danışıq vasitəsilə əks etdirir.
Emosiyalar da mühüm rol oynayır
Araşdırmalar göstərir ki, danışıq sürətinə yalnız zəka deyil, emosional vəziyyət də təsir edir. Xüsusilə həyəcan, stress və narahatlıq zamanı bədəndə adrenalin səviyyəsi yüksəlir və bu da insanın daha sürətli danışmasına səbəb olur.
Bununla yanaşı, qəzəb və ya həddindən artıq sevinc kimi güclü emosiyalar da danışıq tempini artıran əsas amillər sırasında yer alır. İnsan belə anlarda fikirlərini daha tez ifadə etməyə çalışır.
Uşaqlıqdan formalaşan vərdiş
Mütəxəssislər bildirir ki, sürətli danışıq bəzi hallarda uşaqlıq dövründə formalaşır. Böyük ailədə böyüyən və ya tez-tez sözləri kəsilən uşaqlar diqqət qazanmaq üçün daha sürətli danışmağa alışır. Bu davranış zamanla sabit ünsiyyət tərzinə çevrilə bilər.
Hər zaman müsbət göstərici deyil
Bununla belə, ekspertlər xəbərdarlıq edir ki, sürətli danışıq bəzi hallarda narahatlıq pozuntusu və diqqət çatışmazlığı (DEHB) ilə əlaqəli ola bilər. Beynin eyni anda çoxsaylı informasiyanı emal etməsi danışıq tempinin artmasına gətirib çıxarır.
Lakin mütəxəssislər vurğulayır ki, bu xüsusiyyət hər zaman mənfi qiymətləndirilməməlidir. Əksər hallarda sürətli danışıq yüksək enerji, aktiv düşüncə və problem həll etməyə yönəlmiş yanaşmanın göstəricisi kimi qəbul olunur.
Günay























































