İSMAYIL ZALOV: “İNSAN HÜQUQLARINA HÖRMƏT EDƏK, QANUNLARI POZMAYAQ, AZADLIĞIMIZIN QƏDRİNİ BİLƏK”
İSMAYIL ZALOV: “TÜRKİYƏ VƏ AZƏRBAYCAN — HÜQUQUN ALİLİYİNƏ, İNSAN HÜQUQLARINA VƏ ƏDALƏT PRİNSİPLƏRİNƏ SADIQ İKİ QARDAŞ DÖVLƏT”
Beynəlxalq Hüquq Müdafiəçisi İsmayıl Zalov Ankara Ədalət Məhkəməsində mühüm hüquqi uğura imza atdı – Türk dövlətlərinin vətəndaşı Əhməd azadlığına qovuşdu
31 ilin həsrəti sona çatdı – Şəhid Mais Mirzəcanov adına Yuxarı Nüvədi məktəbinin 1995-ci il məzunlarının unudulmaz görüşü
“Bu ağır itkinin kədərini bölüşür, hüznlə başsağlığı verirəm”
Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Kobaxidzeyə başsağlığı məktubu ünvanlayıb.
“Qafqazinfo” xəbər verir ki, məktubda deyilir:
“Hörmətli cənab Baş nazir.
Bütün Gürcüstanın Katalikos-Patriarxı, zəmanəmizin görkəmli din xadimi II İlya həzrətlərinin vəfatı xəbərini dərin kədər hissi ilə qarşıladıq.
II İlya həzrətləri bütün həyat və fəaliyyətini xalqına və bəşəriyyət naminə nəcib amallara həsr etmişdir. Qafqazda sülhün, əmin-amanlığın, insanlar arasında həmrəyliyin, dinlərarası anlaşma və dialoqun bərqərar olması yolunda fəaliyyəti ilə II İlya həzrətləri milli və dini mənsubiyyətindən asılı olmayaraq milyonlarla insanın qəlbində yer tapmış, dərin ehtiram və rəğbət qazanmışdır.
Azərbaycan ilə Gürcüstan arasında ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin inkişafında və möhkəmlənməsində II İlya həzrətlərinin böyük xidmətləri olmuşdur.
Bu ağır itkinin kədərini bölüşür, Sizə, bütün Gürcüstan xalqına, Gürcüstan Pravoslav Kilsəsinə şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm”.























































