Xeyriyyəçi, vətənpərvər xanım Zərniyar Kərimova: “Zərifə Əliyeva – elmə, insanlığa və Vətənə həsr olunmuş ömür”
Suraxanıda – Hövsan qəsəbəsində növbəti məhəllə abadlaşdırıldı:YYSİB də fəal iştirak edib
Qusar RMX-nın direktoru İmran Qurbanov: “ Unudulmaz alim, mehriban ana, qayğıkeş insan – Zərifə Əliyeva”
Həkim-radioloq Nicat Bağırov: "Böyük alim Zərifə Əliyeva irsi: tibb elminə əvəzsiz töhfələr"
Tibb üzrə fəlsəfə doktoru, estetik cərrah Dilqəm Məhərrəmov: “Gözlərə nur, qəlblərə işıq bəxş edən ömür-oftalmoloq Zərifə Əliyeva”
İlham Əliyev İrakli Kobaxidzeyə başsağlığı verdi
Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Kobaxidzeyə başsağlığı məktubu ünvanlayıb.
Oxu.Az AZƏRTAC-a istinadən həmin məkutubun mətnini təqdim edir:
"Bütün Gürcüstanın Katalikos-Patriarxı, zəmanəmizin görkəmli din xadimi II İlya həzrətlərinin vəfatı xəbərini dərin kədər hissi ilə qarşıladıq.
II İlya həzrətləri bütün həyat və fəaliyyətini xalqına və bəşəriyyət naminə nəcib amallara həsr etmişdir. Qafqazda sülhün, əmin-amanlığın, insanlar arasında həmrəyliyin, dinlərarası anlaşma və dialoqun bərqərar olması yolunda fəaliyyəti ilə II İlya həzrətləri milli və dini mənsubiyyətindən asılı olmayaraq milyonlarla insanın qəlbində yer tapmış, dərin ehtiram və rəğbət qazanmışdır.
Azərbaycan ilə Gürcüstan arasında ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin inkişafında və möhkəmlənməsində II İlya həzrətlərinin böyük xidmətləri olmuşdur.
Bu ağır itkinin kədərini bölüşür, Sizə, bütün Gürcüstan xalqına, Gürcüstan Pravoslav Kilsəsinə şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm".























































