ANIM GÜNÜ İLƏ BAĞLI GİKM-İN REGİONAL NÜMAYƏNDƏLİK VƏ BÖLMƏLƏRİNDƏ SİLSİLƏ TƏDBİRLƏR KEÇİRİLİB
Ağırlıqqaldırma üzrə tələbələr arasında ilk dünya çempionumuz Tehran Məmmədov Vətənə qayıdıb
Xətai rayon ictimaiyyəti 27 Sentyabr – Anım Günü ilə əlaqədar şəhid məzarlarını ziyarət edib
“Avtopilot” MMC-nin rəhbəri İqrar Həsənov: 27 Sentyabr – Yarımçıq qalan arzuların əbədi Vətən hekayəsi
Qusar Rayon Yol İdarəsinin rəisi Güloğlan Əliyev: 27 Sentyabr – Zəfərə aparan yolun müqəddəs yaddaşı
Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi Teymur Hacıyev: 27 Sentyabr – Əbədi yaddaşa çevrilən qəhrəmanlıq
Gəncə şəhər İcra hakimiyyətinin başçısı Niyazi Bayramov: 27 Sentyabr – Bir xalqın qürur və ehtiram günü
Vətənpərvər xanım, xeyriyyəçi Zərniyar Kərimova: 27 Sentyabr – Qəlblərdə yaşayan müqəddəs yaddaş
“Gəncə Körpü Tikinti-2” ASC-nin rəhbəri Aqibət Məmmədov: “27 Sentyabr – Yaddaşdan tarixə, tarixdən gələcəyə”
İş adamı Qəzənfər Niftəliyev: 27 Sentyabr – Xalqın yaddaşında əbədi yaşayan qəhrəmanlıq günü
Avropa İttifaqı ilə münasibətlərdə Azərbaycanın suveren mövqeyi
“İnanın mənə, müharibə şəraitində yaşamağın və ya müharibə etməyin nə olduğunu bilirik. Ona görə də bizim kimi ölkələr sülhü, bəlkə də, digər ölkələrdən daha çox dəyərləndirir”. Bu fikri Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta ilə birgə mətbuata bəyanatında səsləndirib.
Həqiqətən də Azərbaycan Ermənistanla sülh məsələsinə yalnız ötən il avqustun 8-də Vaşinqtonda ABŞ Prezidenti Donald Trumpun şahidliyi ilə imzalanmış Birgə Bəyannamə kontekstində yanaşmır. Prezident İlham Əliyevin də vurğuladığı kimi, bəzən sənədlər uzun müddət kağız üzərində qalır. Bu baxımdan əsas məsələ siyasi iradə və xoş niyyətin mövcudluğudur. Azərbaycan isə məhz bu iradəni və səmimiyyəti nümayiş etdirən tərəf kimi çıxış edir.
Bu gün Azərbaycan beynəlxalq müstəvidə yeni nizamın formalaşması prosesində mühüm rol oynayan dövlətlərdən biri kimi qəbul olunur. Bunun əsas səbəblərindən biri qalib Azərbaycanın xarici siyasətinin qlobal əhəmiyyət daşıyan prinsiplərə əsaslanmasıdır. Azərbaycan beynəlxalq münasibətlərdə bərabərhüquqlu tərəfdaşlığı, beynəlxalq hüquqa hörməti, ədalət və qarşılıqlı ehtiram prinsiplərini təşviq edir. Məhz bu dəyərlərə əsaslanan siyasət nəticəsində ölkəmiz həm regional, həm də beynəlxalq səviyyədə nüfuz qazanan və hörmət edilən dövlət statusu əldə edib.
Prezident İlham Əliyevlə Antonio Koşta arasında keçirilən görüş və mətbuata bəyanat zamanı Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığının strateji əhəmiyyəti xüsusi vurğulanıb. Təhlükəsizlik, enerji və nəqliyyat sahələri də daxil olmaqla son dövrlərdə keçirilən yüksək səviyyəli görüşlərin müsbət dinamikası qeyd olunub və siyasi dialoqun, eləcə də praktiki əməkdaşlığın daha da dərinləşdirilməsinə sadiqlik ifadə edilib. Bildirilib ki, bu əməkdaşlıq hər iki tərəfin ortaq maraqlarına xidmət edir və Qara dəniz, Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarında sülhün, sabitliyin, nəqliyyat əlaqələrinin və davamlı inkişafın təşviqinə mühüm töhfə verir.
Görüşdə Cənubi Qafqazda sülh prosesi də geniş müzakirə olunub. 2020-ci ildə regionda yeni reallıqlar yaradan Azərbaycan Cənubi Qafqazın siyasi mənzərəsini köklü şəkildə dəyişib. Bu gün region daha çox əməkdaşlıq və inkişaf platforması kimi təqdim olunur. Qalib ölkə olmasına baxmayaraq Azərbaycanın irəli sürdüyü sülh təşəbbüsləri Cənubi Qafqazın həm siyasi, həm də iqtisadi gələcəyi üçün yeni strateji istiqamət müəyyən edir.
Ötən ilin avqustunda əldə edilən Vaşinqton razılaşmaları da bu reallıqların mühüm nəticəsi kimi qiymətləndirilir. Birgə bəyanatda Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesi alqışlanır, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri xüsusi vurğulanır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, əgər tərəflər siyasi iradə və sülhə sadiqlik nümayiş etdirərlərsə, bu, xalqlar arasında barışığın ən real göstəricisi olacaq. Dövlət başçısının sözləri ilə desək: “Sülhdən yaxşı heç nə ola bilməz”.
Antonio Koşta da öz növbəsində vurğulayıb ki, həqiqi sülh yalnız siyasi razılaşmalar üzərində deyil, insanların gündəlik həyatı, iqtisadi və ticarət əlaqələri, eləcə də ortaq rifah üzərində qurulmalıdır. O, Azərbaycanın regiondakı rolunun heç vaxt indiki qədər əhəmiyyətli olmadığını qeyd edib.
Ümumilikdə, Azərbaycan–Avropa İttifaqı münasibətləri böyük perspektivlər vəd edir. Qlobal güc mərkəzlərindən biri olan Avropa İttifaqı Azərbaycanın təkcə Cənubi Qafqaz üçün deyil, bütövlükdə Avropa məkanı üçün strateji əhəmiyyətini yaxşı anlayır. Antonio Koştanın Prezident İlham Əliyevə müraciətlə səsləndirdiyi “Sizin rəhbərliyiniz zəruridir və tərəfdaşlığımız güclüdür. Biz onu xalqlarımızın rifahı naminə birlikdə daha da genişləndirə bilərik” fikri Azərbaycanın və onun rəhbərinin beynəlxalq miqyasda yüksək nüfuzunun növbəti təsdiqidir.
Müəllif: ARHD.AZ mətbuat platformasının təhsil eksperti
Elnur Heydərov























































