İsmayıl Zalovdan Leyla Əliyevaya doğum günü münasibətilə səmimi təbrik və xoş Arzuları
Bakı şəhəri, Yasamal rayonu A.M.Şərifzadə küçəsi ilə X.Mustafayev küçəsinin kəsişməsində qanunsuz tikintini kim himayə edir.
Qanunun keşiyində şərəflə dayanan rəhbər – Mehdiabad Polis Bölməsinin rəisi Ceyhun Qasımov
“Bölgədə Azərbaycan vektorlu yeni reallıqların formalaşması bunun əyani nümunəsidir”
Xeyriyyəçi, vətənpərvər xanım Zərniyar Kərimova: "Azərbaycan Polisi dövlətimizin və xalqımızın etibarlı dayağıdır"
Hikmət Hacıyevə açıq müraciət: 31 il dövlətə, Qarabağa və həqiqətlərə xidmət edən qələmin kölgədə qalan haqqı...
77 Abdullauşağı sakininin Prezidentə harayı: "Doğma yurda qayıdış arzumuza kölgə salınmasın”
Abşeronda "Uşaq və gənclərin internetdən düzgün istifadəsində milli və mənəvi təbliğatın rolu" mövzusunda tədbir keçirilib
Müharibə ilə nəticələnən həmin anlaşılmazlığı - Açıqladı
“İranın nüvə silahına sahib olmayacağına zəmanət vermək məqsədilə təqdim etdiyi təklif ABŞ-nin texniki detalları başa düşməməsi səbəbindən rədd edilib”.
“Qafqazinfo” xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi sosial media hesabında yazıb.
“Beynəlxalq məsələlərdə texniki bilik və faktlara əsaslanan qiymətləndirmələr vacibdir. Təklifin texniki tərəfləri ABŞ-li həmkarlar tərəfindən düzgün anlaşılmadığı üçün qəbul edilmədi”, - o qeyd edib.
Əraqçi həmçinin ABŞ-nin iqtisadi siyasətinə diqqət çəkib:
“Neft qiymətləri və tariflərin artması amerikalılara qazanc gətirməyəcək. Bu yalnız şirkətləri zənginləşdirəcək və ev təsərrüfatlarının üzərinə əlavə yük qoyacaq”.
Qeyd edək ki, İsrail və ABŞ Tehran və Vaşinqton arasında nüvə danışıqları davam edərkən fevralın 28-də İrana hərbi hücuma başlayıblar. İran İsrail və ABŞ bazalarının yerləşdiyi bir neçə regional ölkə, məsələn, Qətər, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Bəhreyn də daxil olmaqla, müəyyən etdiyi hədəflərə hücumlarla cavab verib. ABŞ-İsrail hücumları nəticəsində İran lideri Ayətullah Əli Xamenei və bir çox digər yüksəkvəzifəli məmurlar həlak olub. İran rəsmilərinin məlumatına görə, ABŞ-İsrail hücumlarında ölənlərin sayı 1348 nəfəri keçib, 17 mindən çox insan yaralanıb.























































