Azərbaycan Respublikasında Məhkəmə-Hüquq Şurasının Hüquqi Statusu və Fəaliyyətinin Konstitusion-Hüquqi Əsasları
Deputat Sevinc Fətəliyeva məhkəmə-hüquq sisteminin işinə necə müdaxilə edir?-ARAŞDIRMA
Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev Suskənd kəndində səyyar qəbul keçirib
İNSAN HÜQUQLARI MÜDAFİƏSİ, DEFENDING HUMAN RIGHTS ŞİRKƏTİNİN RƏHBƏRİ, BEYNƏLXALQ HÜQUQ MÜDAFİƏÇİSİ İSMAYIL ZALOV ADEX TƏDBİRİNDƏ İŞTİRAK ETDİ
ŞƏFFAFLIQ VƏ ƏDALƏT PRİNSİPLƏRİ ÖN PLANDA — İNSAN HÜQUQLARI MÜDAFİƏSİ ŞİRKƏTİNDƏN MÜHÜM HÜQUQİ FƏALİYYƏT
Hərbi əməliyyatlar nəticəsində ölənlərin sayı - Açıqlandı
Yaxın Şərqdə başlanan hərbi əməliyyatlar nəticəsində ölənlərin sayı açıqlanıb.
“Qafqazinfo” xəbər verir ki, “Reuters” agentliyinin müxtəlif ölkələrin rəsmi mənbələrinə istinadən məlumatlarına görə, İranın dövlət mediası fevralın 28-dən indiyədək ölkədə baş verən zərbələr nəticəsində 1 270 nəfərin həlak olduğunu bildirib.
İsrail ordusunun Livanda həyata keçirdiyi hücumlar nəticəsində 634 nəfər həyatını itirib və onlardan 84 nəfəri uşaqdır. İraq Səhiyyə Nazirliyinin məlumatına görə, ölkədə baş verən hücumlar 16 mülki şəxsin ölümünə səbəb olub.
İsraildə isə ilk ölüm martın 1-də qeydə alınıb. Həmin gün 9 mülki şəxs həyatını itirib, ordunun itkiləri isə 2 nəfər olub. Birləşmiş Ərəb Əmirliklərində isə, Müdafiə Nazirliyinin açıqlamasına görə, 6 nəfər həlak olub.
Suriyada baş verən raket zərbəsi nəticəsində bir binaya düşən raket 4 nəfərin ölümünə səbəb olub və raketin İrandan atıldığı bildirilir. Bəhreyn, Küveyt və Səudiyyə Ərəbistanında isə hər ölkədə 2 nəfər raket hücumlarının qurbanı olub. Səudiyyə Ərəbistanında ölənlər xarici vətəndaşlardır.
ABŞ ordusunun canlı qüvvə itkisi isə 7 nəfər təşkil edir.






















































