Menu
Xəbər Lenti
Paşinyan Fransaya getdi
Bugün, 11:46

Paşinyan Fransaya getdi

Şuşadan ailə - Fotosu
8-11-2026, 21:40

Şuşadan ailə - Fotosu

ZƏFƏRƏ GEDƏN YOL
8-11-2026, 12:53

ZƏFƏRƏ GEDƏN YOL

Xankəndi Stadionu açıldı
7-11-2026, 17:08

Xankəndi Stadionu açıldı

06 Mart 2026 07:50Manşet / Siyasət

BƏƏ İranın Azərbaycana dron hücumlarını qınadı

 

“Birləşmiş Ərəb Əmirlikləri İran dronları tərəfindən dost Azərbaycan ərazilərinin hədəfə alınmasını qətiyyətlə pisləyir”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə BƏƏ Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında deyilir.

“Bu düşmənçilik hərəkətlərini təhlükəli eskalasiya, dövlət suverenliyinin açıq şəkildə pozulması və regional təhlükəsizliyə birbaşa təhdid hesab edirik.

Xarici İşlər Nazirliyi bəyanatında bu hücumların əhatə dairəsinin qardaş və dost xalqları da əhatə etməsini bütün hüquqi və siyasi standartlar baxımından qınayır”, - nazirlikdən bildirilib.

Nazirlik vurğulayıb ki, belə hərəkətlər deeskalasiya səylərini sarsıdır və regional gərginliyi artırır.

BƏƏ XİN həmçinin qeyd edib ki, bu cür düşmənçilik hərəkətləri regional sabitliyi təhdid edən ciddi eskalasiyaya səbəb olur.