Menu
Xəbər Lenti
04 Mart 2026 09:02Manşet / Cəmiyyət

Rusiyalı diyetoloqdan xəbərdarlıq: "Az yeyirəm" deyənlərin çəki ata bilməməsinin SƏBƏBİ

 

"Xurma və müxtəlif qəhvə siropları ilk baxışda zərərsiz və azkalorili təsir bağışlasa da, rasiona ciddi miqdarda əlavə enerji qataraq arıqlama prosesini ləngidə bilər".

Oxu.Az xəbər verir ki, bunu rusiyalı mütəxəssis, diyetoloq Yuri Brabeçan Gazeta.ru nəşrinə açıqlamasında deyib.

Mütəxəssis qeyd edib ki, insanlar tez-tez "çox yemirəm" düşüncəsində olsalar da, xurma, qoz-fındıq, qranola və şirniyyatlardan gələn kaloriləri nəzərə almırlar. Məsələn, bir neçə xurma orqanizmə 120-200 kilokalori, bir fincan latte isə 150-250 kilokalori əlavə edə bilər. Makadamiya qozu və müxtəlif toxumlar isə kiçik porsiyada istehlak olunsa belə, yüksəkkalorili məhsullardır (100 qramda 500-600 kilokalori).

Bundan əlavə, Sezar salatı, darçınlı bulka, kiçik konfetlər və çörək də gündəlik qəbul edilən kalori miqdarını nəzərəçarpacaq dərəcədə artıra bilər. Brabeçan vurğulayıb ki, bu cür "mini-qəlyanaltılar" toxluq hissi yaratmasa da, bədən çəkisinə mənfi təsir göstərir.

Nəticə etibarilə, "azkalorili" kimi görünən qəlyanaltılar gündəlik kalori balansını pozaraq artıq çəkiyə səbəb ola bilər.