Əhaliyə “nüvə zərbəsi” bildirişləri göndərdilər - Dünyada “qiyamət günü” panikası - Fotolar
Batmanlı kürd iş qadını Muazzez Baktaş: “Regional təcrübədən beynəlxalq investisiya baxışına”
Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasından Prezident İlham Əliyevə məktub ünvanlanıb
Azərbaycan və Türkiyə qardaşlığının çağdaşlıq və dövlətçilik idealları: Settar Kaya Prezident İlham Əliyevə təşəkkür məktubu ünvanlayıb
İsraildə fövqəladə vəziyyət rejimi uzadıldı
İsraildə fövqəladə vəziyyət rejimi uzadılıb.
“Qafqazinfo” xəbər verir ki, bu haqda İsrailin “Channel 12” telekanalı məlumat yayıb.
Məlumata əsasən, İsrail hökuməti İranla davam edən gərginlik və hərbi əməliyyatlar fonunda ölkədə tətbiq olunan fövqəladə vəziyyət rejimini martın 12-sinə qədər uzadıb.
Bu qərar çərçivəsində mülki vətəndaşların təhlükəsizlik risklərinə qarşı daha geniş qarşısının alınması tədbirləri davam etdiriləcək.
O da bildirilib ki, əməliyyatların gedişindən asılı olaraq fövqəladə vəziyyət daha tez də başa çatdırıla bilər.
Rejim əvvəlcə 28 fevralda İranın raket və hücumları nəticəsində tətbiq olunub və ölkədə məktəblərin və bəzi iş yerlərinin bağlanması, ictimai tədbirlərin məhdudlaşdırılması kimi addımlar atılıb.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp “Daily Mail”ə açıqlamasında əməliyyatların 4 həftəyə kimi çəkəcəyini bildirib.























































