Gecə saat 2-də marketi ağır texnika ilə dağıtdılar – Ordubadlı sahibkar nazirə üz tutdu!
İSMAYIL ZALOVDAN SƏBİNƏ ƏLİYEVAYA TƏBRİK: İNSAN HÜQUQLARININ MÜDAFİƏSİ SAHƏSİNDƏ ETİMAD VƏ MƏSULİYYƏTİN YENİ MƏRHƏLƏSİ!
Əhaliyə “nüvə zərbəsi” bildirişləri göndərdilər - Dünyada “qiyamət günü” panikası - Fotolar
Batmanlı kürd iş qadını Muazzez Baktaş: “Regional təcrübədən beynəlxalq investisiya baxışına”
Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasından Prezident İlham Əliyevə məktub ünvanlanıb
Nar yarpaqlarında sinirləri və ürəyi qoruyan maddə aşkar edildi
Narın yarpaqları və budaqlarında olan təbii birləşmənin sinir sistemi və ürəyə təsir edən transtiretin amiloidozu ilə əlaqəli zərərli zülal aqreqatlarını parçalaya biləcəyi müəyyən edilib. Kəşf Kumamoto Universitetinin alimləri tərəfindən aparılan araşdırma nəticəsində üzə çıxıb.
Oxu.Az xəbər verir ki, tədqiqatın nəticələri "iScience" jurnalında dərc olunub.
Transtiretin amiloidozu zamanı toxumalarda anomal zülal - amiloid toplanır. Bu proses periferik sinir sisteminə, ürəyə, böyrəklərə və digər orqanlara zərər verir. Nəticədə fiziki yüklənmə zamanı nəfəs darlığı, başgicəllənmə, ürək çatışmazlığı və xroniki ağrılar yarana bilər.
Yeni birləşmələrin müəyyən edilməsi məqsədilə alimlər 1 500-dən çox bitki ekstraktını araşdırıblar. Ən aktiv maddə narın tərkibində olan 1,2,3,4,6-penta-O-qalloil-β-D-qlükoza (PGG) olub. Laboratoriya sınaqlarında PGG digər zülallara təsir göstərmədən həm mutant, həm də normal transtiretinin amiloid liflərini parçalaya bilib.
Aparılan təcrübələrdə PGG irsi transtiretin amiloidozu olan xəstələrin ürək toxumasından təcrid edilmiş amiloid liflərini məhv edib. Bu isə maddənin potensial klinik əhəmiyyətini göstərir.
Tədqiqatçılar bildiriblər ki, PGG-nin effektivliyi onun struktur xüsusiyyətləri ilə bağlıdır. Əsas molekula bağlanan qalloil qrupları birləşmənin təhlükəli zülallara möhkəm bağlanmasına və onların parçalanmasına imkan yaradır.
Alimlər vurğulayırlar ki, PGG-nin insanlarda tətbiqi üçün əlavə təhlükəsizlik və effektivlik araşdırmalarına ehtiyac var. Bununla belə, gələcəkdə bitkimənşəli molekullar yeni nəsil terapiyaların əsasını təşkil edə bilər. Bu yanaşma yalnız zülalları sabitləşdirməyi deyil, həm də patogen zülal toplanmalarını aktiv şəkildə məhv etməyi hədəfləyir.























































