Lənkəran ŞİH başçısı şəhid Aqşin İbadov, Emil Şıxəlizadə və Etiram Hüseynlinin məzarını ziyarət edib
Rövşən Məmmədov – milli dəyərlərə sədaqət, dövlətçilik mövqeyi və xeyirxahlıq ənənələrinə bağlılıq
Lənkəranda Prezident cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə dair ümumrayon müşavirəsi keçirilib
Xətai rayonunda "20 Oktyabr – Energetiklər Günü" münasibətilə tədbir keçirilib+VİDEO
Keçmiş səfir Epşteynlə əlaqələrinə görə saxlanıldı
Britaniyanın ABŞ-dəki keçmiş səfiri, Lord Piter Mandelson vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə şübhəli bilinərək saxlanılıb.
“Qafqazinfo” xəbər verir ki, o, London şəhərinin şimalındakı Kemdən rayonu ərazisində yerləşən ünvanında saxlanılaraq dindirilmək üçün polis bölməsinə aparılıb.
Polis bu ayın əvvəlində onun hökumətdə nazir vəzifəsində çalışdığı dövrdə dövlət məlumatlarını məhkum olunmuş milyarder Ceffri Epşteynə ötürdüyü iddiaları ilə bağlı araşdırmaya başlayıb.
Hazırda polis ilə Krallıq Prokurorluq Xidməti arasında məsləhətləşmələr davam edir.
Qeyd edək ki, Piter Mandelson 10 fevral 2025-ci ildən 11 sentyabr 2025-ci ilədək Böyük Britaniyanın ABŞ-dəki səfiri vəzifəsində çalışıb. İddialar ötən ay ABŞ Ədliyyə Nazirliyi tərəfindən açıqlanan sənədlər, o cümlədən, Mandelsonla Epşteyn arasında elektron yazışmaların dərc olunmasından sonra gündəmə gəlib.
2009-cu ilə aid elektron məktublardan birində onun həmin dövrdə baş nazir Qordon Braun hökumətinə dair bəzi siyasət tədbirləri, o cümlədən, “aktivlərin satışı planı” barədə qiymətləndirməni Epşteynə ötürdüyü ehtimal olunur.






















































