“Türkiyə ilə Azərbaycanın bağları müvəqqəti fikir ayrılıqlarından daha dərindir” - Bağçalı
“Shirvan Operating Company Ltd” ərazi partiya təşkilatında YAP-ın VIII Qurultayına həsr olunmuş tədbir keçirilib
KONSTİTUSİYA, ƏDALƏT VƏ QANUNUN ALİLİYİ — GÜCLÜ HÜQUQİ DÖVLƏTİN TƏMƏLİ! İSMAYIL ZALOVDAN AZƏRBAYCANIN HÜQUQ SİSTEMİNƏ YÜKSƏK DƏYƏR
Lənkəran ŞİH başçısı şəhid Aqşin İbadov, Emil Şıxəlizadə və Etiram Hüseynlinin məzarını ziyarət edib
Rövşən Məmmədov – milli dəyərlərə sədaqət, dövlətçilik mövqeyi və xeyirxahlıq ənənələrinə bağlılıq
Lənkəranda Prezident cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə dair ümumrayon müşavirəsi keçirilib
Naxçıvanda külli miqdarda psixotrop maddəni QEYRİ-ADİ ÜSULLA gömrükdən keçirmək istədilər
Naxçıvan Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində növbəti dəfə xüsusilə külli miqdarda psixotrop maddə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Məlumata görə, narkotik vasitə "Sədərək" gömrük postunda ölkə ərazisindən tranzit keçməklə İrandan Türkiyəyə gedən nəqliyyat vasitəsində aşkar olunub. "X-ray" stasionar rentgen qurğusunda aparılan baxış zamanı nəqliyyat vasitəsinə aid qoşquda yerləşdirilmiş akkumulyatorda şübhəli cizgilər müşahidə edildiyindən əsaslı gömrük yoxlaması həyata keçirilib.
Yoxlama zamanı akkumulyatorun içərisinə malların aşkarlanmasını çətinləşdirən üsulla yerləşdirilmiş 6 ədəd sellofan paketdə ümumilikdə təmiz çəkisi 5 kiloqram 254.397 qram olan xüsusilə külli miqdarda psixotrop maddə - metamfetamin aşkar edilib.


























































