“Türkiyə ilə Azərbaycanın bağları müvəqqəti fikir ayrılıqlarından daha dərindir” - Bağçalı
“Shirvan Operating Company Ltd” ərazi partiya təşkilatında YAP-ın VIII Qurultayına həsr olunmuş tədbir keçirilib
Lənkəran ŞİH başçısı şəhid Aqşin İbadov, Emil Şıxəlizadə və Etiram Hüseynlinin məzarını ziyarət edib
Rövşən Məmmədov – milli dəyərlərə sədaqət, dövlətçilik mövqeyi və xeyirxahlıq ənənələrinə bağlılıq
Lənkəranda Prezident cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə dair ümumrayon müşavirəsi keçirilib
“Sanki biz qol vurduqca, qələbə qazandıqca azarkeşlərimiz daha da azalır”
Misli Premyer Liqasının XXI turu çərivəsində “Kəpəz”i qəbul edən lider “Sabah” 1:0 hesablı qələbə qazanıb.
“Qafqazinfo” xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas jurnalistlərin suallarını cavablandırıb:
“Çox yaxşı oyun alındı. Son dəqiqələrdə fərqlənsək belə, komandadan razı qaldım. Rəqibə daha çox təzyiq edirdik. Çox qol epizodu yaratdıq. 2-3 qol vuraraq qələbə qazana bilərdik. “Kəpəz” də bizə hücumlar edirdi. Biz bu günü unutmalıyıq. Sabahdan məşqlərimizə başlayıb növbəti oyun haqda düşünməliyik”.
- Son 2 oyunda qələbə qazansanız da, çətinliklə bunu etdiniz. Bunu “Qarabağ”la matçöncəsi həyəcan siqnalı kimi qələmə vermək olar?
- Ola bilər bizim üçün həyəcan siqnalıdır.Amma neynəmək olar. Daha çox mübarizə aparmalıyıq və əlimizdən gələni etməliyik.
- “Qarabağ”la matç Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Orada sizə çətin olacağını düşünürsüzmü?
- Biz istərdik ki, daha çox azarkeşlərimizi görək meydanda. Sanki biz qol vurduqca, qələbə qazandıqca azarkeşlərimiz daha da azalır. Bəlkə də hava şəraitinə görədir, bilmirəm. Qarşıdakı oyunda istərdim ki, stadion tam dolsun.























































