SƏFƏRALİYEV QANBOY ƏHMƏDALI OĞLU – LAÇININ ALXASLI KƏNDİNİN VƏTƏN NAMİNƏ ŞƏHİDLİK ZİRVƏSİNƏ UCALAN İGİD OĞLU!
Əsabil Qasımov 5 milyonluq əmlakı ələ keçirib, indi də sahibini və mətbuatı susdurmağa çalışır
BDYPİ-nin YPX Alayının 7-ci tağımının post komandiri Süleyman – “Dövlətə və dövlətçiliyə sədaqət andı”
Nəvəsinin andiçməsindən sonra meyiti tapılan Mirzəcan kişi ilə bağlı - Yeni detallar
Azərbaycan incəsənəti Çilidə: Santyaqoda Zəfər Gününə həsr olunmuş beynəlxalq sərgi açılıb
Qax RİH-nin başçısı Elvin Paşayev: KONSTİTUSİYA – MÜSTƏQİL AZƏRBAYCANIN QÜRURU, DÖVLƏTÇİLİYİNİN HÜQUQİ SÜTUNU VƏ XALQIN İRADƏSİNİN TƏCƏSSÜMÜ
Elmi araşdırma: D vitamini çatışmazlığı qrip və COVID-19-u ağırlaşdırır
Rumıniya alimlərinin araşdırmasına görə, D vitamini çatışmazlığı qrip və COVID-19-un daha ağır hallarına yol aça bilər.
Oxu.Az xəbər verir ki, tədqiqatın nəticələri "Nutrients" nəşrində dərc olunub.
Tədqiqatçılar D vitamininin virus infeksiyalarının inkişafındakı roluna həsr edilən klinik sınaqların və meta-analiz məlumatlarını təhlil ediblər.
Elm adamlarının qənaətinə görə, bu vitaminin aşağı səviyyəsi çox vaxt COVID-19-un daha ağır nəticələri ilə əlaqələndirilir.
Müəlliflər qeyd edirlər ki, ən çox nəzərəçarpan təsir ilkin D vitamini çatışmazlığı olan xəstələrdə müşahidə olunub. Bu göstəricinin normal səviyyədə olduğu insanlarda, ümumiyyətlə heç bir əhəmiyyətli əlavə fayda müşahidə edilməyib.
D vitamini çatışmazlığı ilə COVID-19-un uzun müddət davam etməsi riski arasında mümkün əlaqə də müzakirə olunur, lakin səbəb-nəticə əlaqəsi hələ sübut edilməyib.
Alimlər xatırladıblar ki, yağlı balıq növləri (qızılbalıq, skumbriya, tuna) və yumurta bu vitaminlə zəngindir.























































