Lənkəran ŞİH başçısı şəhid Aqşin İbadov, Emil Şıxəlizadə və Etiram Hüseynlinin məzarını ziyarət edib
Rövşən Məmmədov – milli dəyərlərə sədaqət, dövlətçilik mövqeyi və xeyirxahlıq ənənələrinə bağlılıq
Lənkəranda Prezident cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə dair ümumrayon müşavirəsi keçirilib
Xətai rayonunda "20 Oktyabr – Energetiklər Günü" münasibətilə tədbir keçirilib+VİDEO
İNSAN HÜQUQLARINA SƏDAQƏT, ƏDALƏTƏ XİDMƏT VƏ ETİMADIN TƏNTƏNƏSİ — İSMAYIL ZALOVUN RƏHBƏRLİYİ İLƏ QARİK SANDLERİN AİLƏSİNİN HÜQUQLARININ MÜDAFİƏSİ
18 Oktyabr – Müstəqilliyin Bərpası Günü: Azərbaycan xalqının azadlıq iradəsi, milli qüruru və dövlətçilik salnaməsi
100-ə yaxın məktəbə direktor təyin olunur
Ötən il keçirilmiş direktorların işə qəbulu üzrə müsabiqənin nəticələri elan edilib. Hazırda müsabiqədə uğur qazanmış namizədlərin direktor vəzifəsi vakant olan dövlət ümumi təhsil müəssisələrinə təyinatları yekunlaşmaq üzrədir.
Oxu.Az xəbər verir ki, bu barədə APA-ya Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib.
Bildirilib ki, ilkin nəticələrə əsasən, prosesin yekununda yüzə yaxın namizəd vakant vəzifələrə təyin ediləcəklər.
Qeyd edilib ki, müsahibə mərhələsində namizədlərin liderlik və strateji idarəetmə, pedaqoji və metodiki bacarıqları, ünsiyyət və qərarvermə qabiliyyətləri, eləcə də rəqəmsal və sosial kompetensiyaları müvafiq komissiyalar tərəfindən qiymətləndirilib.
"Bununla yanaşı, ötən ilin oktyabr-noyabr aylarında direktor vəzifəsi vakant olan 76 dövlət ümumi təhsil müəssisəsi üzrə müsabiqəyə start verilib. Ərizə qəbulu və emal prosesi, habelə daha öncə qiymətləndirmə nəticələri olmayan namizədlərin ixtisas üzrə biliklərinin yoxlanılması üzrə təşkil edilmiş imtahanlar artıq yekunlaşıb. Müsahibə mərhələsi növbəti həftə başlayacaq. Namizədlər qaydalara uyğun şəkildə ardıcıllıq əsasında müsahibə mərhələsinə dəvət ediləcəklər. Müsahibənin tarix və məkanı barədə məlumatlar namizədlərin şəxsi səhifələrinə göndəriləcək. Müsahibə nəticələrinin elanından sonra namizədlərin seçdikləri müvafiq vakant müəssisələrə təyinatı aparılacaq", - məlumatda deyilir.





















































