Xəbər Lenti
3-06-2026, 14:05
Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş futzal turniri başa çatdı
1-06-2026, 21:41
Düşmən gülləsinə sinəsini sipər edən qəhrəman – Vidadi Nizami oğlu Zalovun igidlik salnaməsi
1-06-2026, 21:35
“İnklüzivliyin Sirri” – Humanist dəyərlərin təntənəsi və uşaqların yaradıcılıq bayramı
Anasını, 8 yaşlı qızını və xanımı öldürüb intihar etdi - Ankarada ailə faciəsi
Türkiyənin paytaxtı Ankarada dəhşətli ailə faciəsi baş verib.
“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə paytaxtın Keçiören rayonunda qeydə alınıb.
Məlumata görə, 35 yaşlı Receb Cengiz 57 yaşlı anası və 8 yaşlı qızını tapança ilə qətlə yetirib. Daha sonra isə onların cəsədlərini avtomobilinin yük yerinə qoyaraq, boşanma ərəfəsində olduğu həyat yoldaşının yaşadığı evə yollanıb. Qatil onu da eyni silahla qətlə yetirdikdən sonra isə özünə atəş açaraq canına qəsd edib.
Qeyd edək ki, R. Cengiz 2025-ci ilin dekabrında cəzaçəkmə müəssisəsindən icazəli olaraq çıxıb.
Faktla bağlı Ankara Prokurorluğu tərəfindən genişmiqyaslı istintaq başladılıb.























































