İSMAYIL ZALOV: “İNSAN HÜQUQLARINA HÖRMƏT EDƏK, QANUNLARI POZMAYAQ, AZADLIĞIMIZIN QƏDRİNİ BİLƏK”
Beynəlxalq Hüquq Müdafiəçisi İsmayıl Zalov Ankara Ədalət Məhkəməsində mühüm hüquqi uğura imza atdı – Türk dövlətlərinin vətəndaşı Əhməd azadlığına qovuşdu
31 ilin həsrəti sona çatdı – Şəhid Mais Mirzəcanov adına Yuxarı Nüvədi məktəbinin 1995-ci il məzunlarının unudulmaz görüşü
Vətənpərvərliyi və xeyirxahlığı ilə seçilən iş adamı, cənub elinin fəxri – Vüqar Məmmədov
Bakıda zərərli maddələr qatılmış marixuana aşkarlandı: Saxlanılanlar var
Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin təşkil etdiyi əməliyyat tədbirləri zamanı Bakı şəhərində 21 kiloqram çəkidə, kimyəvi üsulla zərərli maddələr qatılmış marixuana müsadirə edilib.
Oxu.Az xəbər verir ki, sözügedən hadisə ilə bağlı Daxili İşlər Nazirliyi rəsmi açıqlama yayıb.
Məlumata əsasən, faktla bağlı 28 yaşlı İsmayıl Muradov və 32 yaşlı Çingiz Quliyev saxlanılıblar.
Araşdırmalar zamanı İ.Muradov və Ç.Quliyevin şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı ilə cinayət əlaqəsinə girərək narkotik vasitələri satış məqsədilə əvvəlcədən təyin edilən nöqtələrə yerləşdirməyi planlaşdırdıqları məlum olub.
Aşkar edilmiş fakt üzrə cinayət işi açılıb və saxlanılan hər iki şəxs barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri tətbiq olunub.























































