İsmayıl Zalovun Ankara Ədalət Sarayına rəsmi işgüzar səfəri – vətəndaş hüquqlarının müdafiəsi istiqamətində mühüm fəaliyyət
Azərbaycan–Almaniya arsında strateji dialoq və münasibətlərin yeni siyasi platforması
Prezident həmkarının ad gününü təbrik etdi Prezident həmkarının ad gününü təbrik etdi
Azərbaycan Respublikasında kənd təsərrüfatının, o cümlədən arıçılığın inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir
Masallıda 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış üç qəhrəmanın doğum günü ehtiramla qeyd olundu.
Lökbatan hövzəsi üzrə gətirici kanalizasiya kollektoru və tullantı sutəmizləyici qurğu tikilir
Xətai rayon İcra Hakimiyyətində 22 İyul – Azərbaycan Milli Mətbuatı və Jurnalistika Günü münasibətilə tədbir keçirilib.
Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatı 22 İyul - Milli Mətbuat Günü münasibətilə tədbir keçirib.
Hikmət Məmmədov – xeyriyyəçiliyi, vətənpərvərliyi və işgüzarlığı ilə seçilən nüfuzlu şəxsiyyət
İbrahim Cəfərov – Azərbaycan aqrar elminin inkişafına töhfə verən alim və təşkilatçı
“Səyyar Gənclər Xidməti” layihəsi növbəti dəfə Ağsu gəncləri üçün yeni imkanlar yaradıb
Əmanətlərin Sığortalanması Fondunun rəsmiləri EFDI-ın illik görüşündə iştirak edib
Jalə Ağakişi: Milli mətbuatın inkişafı dövlətçiliyimizin və milli düşüncəmizin ayrılmaz tərkib hissəsidir
30 Avqust Zəfəri: Türk dünyasının qürur günü və Türkiyə–Azərbaycan qardaşlığının təcəssümü
30 avqust 2025-ci il tarixində Türkiyə Respublikasında böyük təntənə və dərin tarixi mənaya malik “30 Avqust Zəfər Bayramı” münasibətilə keçirilən rəsmi və mədəni tədbirlər bir daha türk xalqının mübarizə ruhunu, milli birliyini və gələcəyə olan sarsılmaz inamını nümayiş etdirdi. Bu möhtəşəm tədbirlərdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə yanaşı, Azərbaycandan dəvət olunmuş şəhid ailələrinin iştirakı isə bayrama xüsusi mənəvi çalar qatdı.
Azərbaycanın qəhrəman övladlarından biri — Xüsusi Təyinarlı Qüvvələrin şəhid kapitanı Həmidağa Hüseynzadənin valideynləri, atası Bağı Hüseynov və anası Gülnarə Hüseynova bu mötəbər tədbirin fəxri qonaqları sırasında yer aldılar. Bu dəvət təkcə bir protokol addımı deyil, həm də Türkiyə dövlətinin Azərbaycan şəhidlərinə, onların ailələrinə olan yüksək ehtiramının, qardaşlıq və vəfa borcunun bariz nümunəsi idi.
Prezident Rəcəb Tayyib Ərdoğan 30 Avqust Zəfər Bayramı münasibətilə Prezident Sarayında keçirilən rəsmi qəbulda çıxış edərək, Türk millətinin tarixi iradəsinə və gələcək hədəflərinə diqqət çəkdi. O, öz çıxışında qətiyyətlə vurğuladı:“Yorulmadan və amansızcasına çalışacağıq.”
Bu ifadə təkcə bir şüar deyil, Türkiyənin gələcək inkişaf yolunun, milli hədəflərinin və qlobal mövqeyinin aydın mesajı kimi dəyərləndirildi.
Daha sonra Prezident Ərdoğan Beştəpə Milli Konqres və Mədəniyyət Mərkəzində keçirilən 30 Avqust Zəfər Gününə həsr olunmuş xüsusi konsert proqramında çıxış etdi. Dövlət başçısı tarixi Zəfərin türk xalqının taleyində oynadığı rolu yüksək qiymətləndirərək bildirdi:“Bu qələbə ilə ordumuz və millətimiz özünü tapdı, özünəinamını bərpa etdi və küldən feniks kimi yenidən doğuldu. Bu əsri Türk Əsri edənə qədər yorulmadan, amansızcasına və çətinliklərə və maneələrə məhəl qoymadan çalışacağıq.”
Prezidentin bu fikirləri salonda alqışlarla qarşılandı və türk dünyasının gələcək yol xəritəsinin ideoloji əsasını bir daha ortaya qoydu.
Zəfər Günü münasibətilə təşkil edilən konsert proqramında iştirak edən qonaqlara təşəkkürünü bildirən Prezident Ərdoğan, bu cür tədbirlərin birlik və həmrəyliyi daha da gücləndirdiyini, Türkiyə ilə dost və qardaş ölkələr arasında əməkdaşlığın dərinləşməsinə xidmət etdiyini xüsusi vurğuladı.
Çıxışında avqust ayının türk milli tarixində xüsusi yerə malik olduğunu qeyd edən Prezident Ərdoğan bildirdi ki, bu ay izzət və şərəflə yoğrulmuş, müdriklik və fəzilətlə bəzədilmiş qəhrəmanlıq salnaməsidir. O, Belqraddan Mohaça, Çaldırandan Otlukbeliyə, Malazgirtdən Böyük Hücuma qədər uzanan tarixi zəfərlərin avqust ayını qələbələr ayına çevirdiyini diqqətə çatdırdı.
Bu möhtəşəm bayram tədbirində Azərbaycan şəhid ailələrinin iştirakı isə “Bir millət, iki dövlət” fəlsəfəsinin canlı təzahürü oldu. Türkiyə və Azərbaycan arasındakı qardaşlıq münasibətləri yalnız siyasi və strateji müttəfiqliklə məhdudlaşmır, eyni zamanda ortaq tarixə, ortaq ağrıya və ortaq qürura söykənir. Azərbaycan şəhidlərinin valideynlərinə göstərilən ehtiram, hər iki xalqın şəhidlik anlayışına verdiyi müqəddəs dəyərin açıq ifadəsidir.
30 Avqust Zəfər Bayramı bir daha sübut etdi ki, Türkiyə və Azərbaycan çiyin-çiyinə, eyni ideallar uğrunda irəliləyən, tarixdən güc alan və gələcəyə inamla baxan qardaş dövlətlərdir. Bu qardaşlıq təkcə sözlə deyil, əməli addımlarla, real münasibətlərlə və mənəvi bağlarla möhkəmlənir.
Zəfər ruhu daim yaşasın, Türk dünyasının birliyi əbədi olsun!
Fərid Faiqoğlu
AJB-nin üzvü,
Xezertv.info-nun rəhbəri























































