İSMAYIL ZALOV: “İNSAN HÜQUQLARINA HÖRMƏT EDƏK, QANUNLARI POZMAYAQ, AZADLIĞIMIZIN QƏDRİNİ BİLƏK”
İSMAYIL ZALOV: “TÜRKİYƏ VƏ AZƏRBAYCAN — HÜQUQUN ALİLİYİNƏ, İNSAN HÜQUQLARINA VƏ ƏDALƏT PRİNSİPLƏRİNƏ SADIQ İKİ QARDAŞ DÖVLƏT”
Beynəlxalq Hüquq Müdafiəçisi İsmayıl Zalov Ankara Ədalət Məhkəməsində mühüm hüquqi uğura imza atdı – Türk dövlətlərinin vətəndaşı Əhməd azadlığına qovuşdu
31 ilin həsrəti sona çatdı – Şəhid Mais Mirzəcanov adına Yuxarı Nüvədi məktəbinin 1995-ci il məzunlarının unudulmaz görüşü
ABŞ nadir torpaq elementlərinin istehsalını artırır - Çindən asılılıq narahatlıq yaradıb

Nümayəndələr Palatası ABŞ-də nadir torpaq elementlərinin və digər mineralların istehsalını artırmaq, eləcə də onların idxalını azaltmaq üçün bir sıra tədbirləri özündə birləşdirən qanun layihəsini təsdiqləyib.
Oxu.Az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Bildirilib ki, layihə ABŞ-nin qanunverici orqanının aşağı palatasının 224 üzvü tərəfindən dəstəklənib, 195 nəfər bunun əleyhinə səs verib.
Qanun layihəsinə əsasən, Vaşinqton administrasiyası Konqresin hər iki palatasının müvafiq komitələrini ABŞ-nin digər ölkələrdən gələn qazıntı yanacaqlarından asılılığı və bununla bağlı iqtisadi xərclər barədə məlumatlandırmalıdır.
Sənəddə nadir torpaq elementləri layihələri də daxil olmaqla, mineralların hasilatı üçün icazə prosesinin sadələşdirilməsi tədbirləri nəzərdə tutulub. Yeni qaydalarda həmçinin ABŞ-də geoloji kəşfiyyatı və yeni yataqların axtarışını sürətləndirmək hədəflər sırasındadır.
Qeyd olunan bütün tədbirlərin əsasən ABŞ-nin Çindən nadir torpaq elementlərinin tədarükündən asılılığını azaltmağa yönəldiyi də vurğulanıb.
Fevralın 2-də ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun vacib mineralların strateji ehtiyatının yaradılmasına başlayacağını elan edib. Ağ Ev rəhbəri deyib ki, bu məqsədlə Birləşmiş Ştatların İxrac-İdxal Bankının və özəl sektorun vəsaitlərindən istifadə etməklə ən azı 12 milyard dollar ayrılacaq.























































