Menu
Xəbər Lenti
Avqustun 28-də Ay tutulacaq
17-08-2026, 11:25

Avqustun 28-də Ay tutulacaq

Kafedra rəhbəri vəfat etdi
15-08-2026, 10:32

Kafedra rəhbəri vəfat etdi

01 Fevral 2026 07:00Manşet / Kriminal

Gözətçi qoruduğu restorandan oğurluq etdi, məhkəməlik oldu

 

Bakıda məşhur restoranda oğurluq hadisəsi baş verib.

Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, cinayət əməli Səbail rayonu ərazisində yerləşən "Olivie Garden" restoranında qeydə alınıb.

İttiham aktına görə, obyektin gözətçisi işləyən 27 yaşlı Nizami Fərəcov (ad və soyad şərtidir -red.) restoranın kassasından 2000 manat pulu talayıb. Faktla bağlı N. Fərəcov saxlanılıb və barəsində cinayət işi açılıb.

İstintaq zamanı Nizami əməlindən peşman olduğunu, dəymiş ziyanı tam şəkildə qaytardığını deyib. O, bunları nəzərə alaraq, məhkəmədən barəsində yüngül cəza verilməsini xahiş edib.

Səbail Rayon Məhkəməsinin qərarı ilə N.Fərəcova 1 il 1 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunub.