Menu
Xəbər Lenti
Şanlı Zəfər salnaməsi
19-09-2026, 13:07

Şanlı Zəfər salnaməsi

Bizim Nizami müəllim...
18-09-2026, 14:32

Bizim Nizami müəllim...

DTX məlumat yaydı - Video
18-09-2026, 10:27

DTX məlumat yaydı - Video

17 yolda tıxac var - Siyahı
17-09-2026, 10:05

17 yolda tıxac var - Siyahı

30 Yanvar 2026 18:51Manşet / Gündəm / Mədəniyyət

"Allahı analarla axtarın" - Yaşar Həsənlinin şeirləri

 

Allah axirəti


anaların ayağının altında


axtarmayan adamların


    ağlını alır,


alovlara, atəşlərə atır.


Allah


      atdığı addımlarla


   azmışların


acı aqibətini anladır.


Ağrı-acı artanda,


azuqə axtaranda,


  arzuları axarından azanda


    axşamacan ağzını


“Allahla” açan adam anadır.


Allah alqışları


         anaların ağzından alıb,


     axirəti


anasının ayaqları altında


    axtaranlara atır,


arzularını aydınlığa açır.


     Adil Allah


     aşağıda


       analardan arxayın...


Allahı


anaların ağzında,


axirəti


ayaqlarının altında


         axtarın.