İSMAYIL ZALOV: “İNSAN HÜQUQLARINA HÖRMƏT EDƏK, QANUNLARI POZMAYAQ, AZADLIĞIMIZIN QƏDRİNİ BİLƏK”
İSMAYIL ZALOV: “TÜRKİYƏ VƏ AZƏRBAYCAN — HÜQUQUN ALİLİYİNƏ, İNSAN HÜQUQLARINA VƏ ƏDALƏT PRİNSİPLƏRİNƏ SADIQ İKİ QARDAŞ DÖVLƏT”
Beynəlxalq Hüquq Müdafiəçisi İsmayıl Zalov Ankara Ədalət Məhkəməsində mühüm hüquqi uğura imza atdı – Türk dövlətlərinin vətəndaşı Əhməd azadlığına qovuşdu
31 ilin həsrəti sona çatdı – Şəhid Mais Mirzəcanov adına Yuxarı Nüvədi məktəbinin 1995-ci il məzunlarının unudulmaz görüşü
Vətənpərvərliyi və xeyirxahlığı ilə seçilən iş adamı, cənub elinin fəxri – Vüqar Məmmədov
Türkiyədən qanunsuz yolla ölkəyə 780 min manatlıq qızıl gətirən şəxsə HÖKM OXUNDU
Külli miqdarda dələduzluq və qaçaqmalçılıqda təqsirləndirilən Elman Atakişiyevin cinayət işinin məhkəməsi yekunlaşıb.
Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Telman Hüseynovun sədrliyi ilə keçirilən yekun iclasda prokuror təqsirləndirilənin 8 il azadlıqdan məhrum edilməsini məhkəməyə təklif edib.
Müşavirədən sonra hökm oxunaraq Elman Atakişiyev yekun olaraq 6 il azadlıqdan məhrum edilib.
Qeyd edək ki, təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2 (təkrar dələduzluq törətmək), 178.2.4 (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) və 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxslə qaçaqmalçılıq) maddələri ilə ittiham irəli sürülüb.
İttihama görə, Elman Atakişiyev İnqilab Babayev, Tural Səmədzadə və adları istintaqla müəyyən edilməyən şəxslərlə cinayət əlaqəsinə girib, İstanbuldan 782 349 manat dəyərində zərgərlik məmulatlarını qaçaqmalçılıq yolu ilə ölkəyə gətiriblər.
İstintaq onu da müəyyən edib ki, təqsirləndirilən Elman Atakişiyev bundan başqa üç nəfərə qarşı külli miqdarda dələduzluq da edib.
Elgün Həsənli























































