Menu
Xəbər Lenti
Nazir görüş keçirdi
Dünən, 12:03

Nazir görüş keçirdi

Rəsmilər Zəfər parkında
27-09-2026, 15:24

Rəsmilər Zəfər parkında

26 Yanvar 2026 09:35Manşet / Siyasət

İlham Əliyev Avstraliyanın general-qubernatorunu təbrik edib

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avstraliya İttifaqının General-Qubernatoru Samanta Mostinə təbrik məktubu göndərib.

Oxu.Az President.az-a istinadla həmin məktubun mətnini təqdim edir:

"Avstraliya İttifaqının milli bayramı münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.

İnanıram ki, Azərbaycan ilə Avstraliya arasında münasibətlərin xalqlarımızın mənafelərinə uyğun olaraq dostluq ruhunda inkişafı, qarşılıqlı faydalı əməkdaşlığımızın davam etdirilməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Avstraliya xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".