İNSAN HÜQUQLARINA SƏDAQƏT, ƏDALƏTƏ XİDMƏT VƏ ETİMADIN TƏNTƏNƏSİ — İSMAYIL ZALOVUN RƏHBƏRLİYİ İLƏ QARİK SANDLERİN AİLƏSİNİN HÜQUQLARININ MÜDAFİƏSİ
18 Oktyabr – Müstəqilliyin Bərpası Günü: Azərbaycan xalqının azadlıq iradəsi, milli qüruru və dövlətçilik salnaməsi
“Qarabağ”-“Neftçi” oyunu ilə bağlı insidentə cəhd edən 19 azarkeş saxlanılıb - Yenilənib
Taleh Məmmədov: 18 Oktyabr – Azadlıqdan qüdrətə, müstəqillikdən böyük gələcəyə doğru
Vətən müharibəsi iştirakçısı Rəsul Həsənov: Müstəqillik Azərbaycanın Ən Böyük Sərvətidir: 18 Oktyabrın Tarixi və Mənəvi Əhəmiyyəti
İqrar Həsənov: 18 Oktyabr – Azərbaycan dövlətçiliyinin yenidən doğuluşu və azadlıq salnaməmizin şanlı səhifəsi
Xeyriyyəçi sahibkar xanım Zərniyar Kərimova: 18 Oktyabr – Müstəqil Azərbaycanın tarixi qələbələrinin və milli iradəsinin simvolu
Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov: 18 Oktyabr – Azərbaycan xalqının azadlıq iradəsinin və dövlətçilik əzminin tarixi təntənəsi
Qax RİH-nin başçısı Elvin Paşayev: 18 Oktyabr – Müstəqilliyimizin bərpası, milli qürurumuzun və dövlətçilik iradəmizin təntənəsi
Eks-icra başçısının xanımı da ifadə verdi - “Oğlum çox şeyi onunla məsləhətləşirdi”
ATİLLA TRANS SERVICES A MMC-NİN FƏALİYYƏTİ: 20 NƏQLİYYAT VƏ VERGİ ÖHDƏLİKLƏRİ İLƏ BAĞLI SUALLAR CAVAB GÖZLƏYİR
Gülnara Həmidova unudulmaz dostu Şahin Babayevi doğum günündə məzarı başında yad etdi
DAVOS PLATFORMASI VƏ QƏRBDƏN GƏLƏN TƏNQİDİN GEOPOLİTİK OXUNUŞU
Davos Ümumdünya İqtisadi Forumu yalnız iqtisadi koordinatların müəyyənləşdirildiyi toplantı deyil; bu platformada siyasi mesajlar, strateji mövqelər və beynəlxalq münasibətlərin gələcək parametrləri də formalaşır. Bu il Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Forum çərçivəsində səsləndirdiyi bir sıra tezislər beynəlxalq mətbuatda da geniş rezonans doğurdu. Xüsusilə Qərbin bəzi institutlarının Azərbaycana yönəlik münasibətinin artıq dəyişən fazaya keçməsi diqqətəlayiqdir.
Son illər Avropa Parlamentinin Azərbaycana qarşı ardıcıl və sistemli şəkildə sərgilədiyi qərəzli mövqe regional reallıqlar və qlobal enerji siyasəti fonunda daha açıq görünür. Bu qurumun qəbul etdiyi sənədlərin, bəyanat və qətnamələrin böyük qismi real faktlara deyil, lobbiçilik mexanizmlərinin diktəsinə əsaslanır. Bu vəziyyət ən çox Azərbaycanla bağlı mövzularda özünü göstərir və məhz Davosda səsləndirilən fikirlər bu tendensiyanın beynəlxalq siyasi analizlərdə təsdiqini tapır.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, artıq Azərbaycan Avropa Parlamentinin daimi tənqidi və qeyri-obyektiv ittihamlarına reaksiya verməyi dayandırıb. Bu, passiv susqunluq deyil — strateji seçimdir. Keçmiş illərdə bu tənqidlərə cavab verilir, izahlar təqdim olunur, dialoqa çağırışlar edilirdi. Lakin bu gün Bakı həmin institutların sənədlərini siyasi və hüquqi çəkisi olmayan, cəmi bir qrupun siyasi sifarişlərinin məhsulu kimi qiymətləndirir.
Bu dəyişiklik həm də Azərbaycanın xarici siyasətinin yeni mərhələsini göstərir. Artıq uzun müddətdir ki, Azərbaycan Avropa Parlamenti və Avropa Şurasının Parlament Assambleyası ilə istənilən əməkdaşlığı dayandırıb. Səbəb aydındır: bu platformalarda obyektivlik və qarşılıqlı hörmət prinsipləri qorunmur, əvəzində isə ideoloji basqı və selektiv yanaşma tətbiq edilir. Bakının bu qurumlara siyasi legitimlik verməkdən imtina etməsi onların təsir imkanlarını ciddi şəkildə məhdudlaşdırır.
Əslində Qərb institutlarının reaksiya doğuran bu davranışı Azərbaycanın müstəqil siyasət kursunu həzm etməkdə çətinlik çəkən xüsusi lobbiçilik qruplarının fəaliyyəti ilə birbaşa əlaqəlidir. Xüsusilə enerji və geoiqtisadi tranzit məsələlərində Azərbaycanın müstəqil qərar verməsi və regional güc mərkəzi kimi mövqeyini gücləndirməsi Qərbdə müəyyən çevrələrdə narahatlıq formalaşdırır. Bu narahatlıq isə ən çox parlament platformalarında qərəzli sənədlər şəklində təzahür edir.
Davos tribunasından səslənən fikirlər göstərdi ki, Azərbaycan beynəlxalq münasibətlər sistemində artıq müdafiə mövqeyində deyil. Öz geoiqtisadi strategiyasını müəyyənləşdirən, xarici siyasi xəttini qlobal maraqlara uyğunlaşdıran dövlət kimi çıxış edir. Bu çərçivədə Avropa Parlamentinin sərt tənqidinin siyasi təsiri minimal, simvolik anlamı isə demək olar ki, yoxdur.
Azərbaycan üçün real əməkdaşlıq platformaları artıq tənqid və təzyiq mənbəyi olan qurumlar deyil, qarşılıqlı maraqlar əsasında əlaqələr quran dövlətlər, iqtisadi birliklər və beynəlxalq enerji mexanizmləridir. Davos bu reallığın ən aktual nümunələrindən biridir.
Müəllif: ARHD.AZ Təhsil məsələləri üzrə ekspert
Elnur Heydərov Heydər oğlu.





















































