Menu
Xəbər Lenti
RƏSMİ ARAYIŞ
Bugün, 09:42

RƏSMİ ARAYIŞ

Bir dəqiqəlik sükut...
Dünən, 09:21

Bir dəqiqəlik sükut...

RƏSMİ BƏYANAT
19-01-2026, 18:43

RƏSMİ BƏYANAT

21 Yanvar 2026 11:31Manşet / Gündəm

Arslan Məhərrəmlinin beynəlxalq uğuru: Azərbaycanın elmi zəfəri Orlandodan dünyaya

 

ABŞ-ın Orlando şəhərində keçirilən Neoscience Olympiad Grand Finalı bu il də elmin, zəkanın və gənc istedadların möhtəşəm bayramına çevrildi. Dünyanın 21 ölkəsindən olan şagirdlərin qatıldığı bu nüfuzlu beynəlxalq olimpiadada iştirakçılar müxtəlif fənlər üzrə bilik və bacarıqlarını sınadılar. Qiymətləndirmə sistemi mərhələli şəkildə aparıldı: fəxri iştirakçı, bürünc, gümüş, qızıl medal və ən yüksək pillə olan Top 3 – “Best of the Best”. Top 3 mərhələsi isə öz növbəsində yaş qrupları (grade) və fənlər üzrə birinci, ikinci və üçüncü yerlərə bölünürdü.


Bu mötəbər yarışmada Azərbaycanı layiqincə təmsil edən gənclərimizdən biri də Arslan Məhərrəmli oldu. O, Grade 11 yaş qrupunda biologiya və kimya fənləri üzrə Top 3 kateqoriyasında birinci yerə layiq görülərək böyük uğura imza atdı. Bu nəticə qızıl mərhələdən də üstün hesab olunan “Best of the Best” səviyyəsində əldə edildiyi üçün Arslanın nailiyyəti xüsusi dəyər daşıyır. Bununla yanaşı, süni intellektlə bağlı hazırladığı AI Project (Süni intellekt layihəsi) üzrə bürünc medal qazanması onun çoxşaxəli düşüncə tərzinin və müasir elmi trendlərə bələdliyinin göstəricisidir.


Qürurverici haldır ki, Arslan Məhərrəmli Azərbaycanın tanınmış plastik cərrahı, MD, PhD Dilqəm Məhərrəmovun oğludur. Bu fakt elmi mühitin və ailə dəyərlərinin gənc nəslin formalaşmasında nə qədər mühüm rol oynadığını bir daha sübut edir.


Neoscience Olympiad-da ölkəmizin digər iştirakçıları da yüksək nəticələr göstərərək Azərbaycan elmini beynəlxalq arenada layiqincə təmsil etdilər. Bu uğurlar gənclərimizin potensialının, zəhmətinin və gələcəyə inamının bariz nümunəsidir. Bütün qalibləri və iştirakçıları ürəkdən təbrik edir, yeni nailiyyətlər arzulayırıq.


 

Fərid Faiqoğlu

AJB-nin üzvü