Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev Suskənd kəndində səyyar qəbul keçirib
ŞƏFFAFLIQ VƏ ƏDALƏT PRİNSİPLƏRİ ÖN PLANDA — İNSAN HÜQUQLARI MÜDAFİƏSİ ŞİRKƏTİNDƏN MÜHÜM HÜQUQİ FƏALİYYƏT
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Səbaildə Ulu Öndər Heydər Əliyevin milli memarlıq irsinə həsr olunan tədbir keçirilib
27 sentyabr Azərbaycan tarixində xalqımızın milli iradəsini, vətən sevgisini və dövlətçilik əzmini nümayiş etdirən mühüm və unudulmaz tarixdir
Azərbaycan Kunq-Fu Federasiyasından Gənclər və İdman Nazirliyinə və cənab Fərid Qayıbova Dərin Minnətdarlıq
Azərbaycan Kunq-Fu Federasiyası ölkəmizdə idmanın inkişafına, sağlam gəncliyin formalaşmasına və milli idman növlərinin beynəlxalq arenada layiqincə təmsil olunmasına göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə və şəxsən İdman Naziri cənab Fərid Qayıbova dərin minnətdarlığını bildirir.
Dövlətimizin idman siyasətinin əsas prioritetlərindən biri olan gənclərin fiziki və mənəvi inkişafı Kunq-Fu idman növünün də ölkə üzrə sistemli şəkildə inkişafına geniş imkanlar yaratmışdır. Cənab Fərid Qayıbovun rəhbərliyi altında Gənclər və İdman Nazirliyi tərəfindən Kunq-Fu federasiyasına göstərilən daimi diqqət, federasiyanın fəaliyyətinin güclənməsində, regionlarda yeni idman ocaqlarının yaradılmasında, peşəkar kadr potensialının formalaşdırılmasında mühüm rol oynamışdır.
Nazirlik tərəfindən yaradılan əlverişli şərait nəticəsində Kunq-Fu üzrə respublika və beynəlxalq səviyyəli yarışların təşkili yüksək peşəkarlıqla həyata keçirilir, idmançılarımızın hazırlıq prosesi üçün müasir tələblərə cavab verən maddi-texniki baza formalaşdırılır. Bu isə Azərbaycan Kunq-Fu məktəbinin güclənməsinə, idmançılarımızın beynəlxalq arenalarda uğurla çıxış etməsinə və dövlət bayrağımızın qürurla dalğalanmasına şərait yaradır.
Xüsusilə vurğulamaq istərdik ki, Gənclər və İdman Nazirliyinin Kunq-Fu federasiyasına olan münasibəti yalnız rəsmi dəstək çərçivəsində deyil, həm də səmimi və strateji yanaşma əsasında həyata keçirilir. Bu yanaşma idmançılara, məşqçilərə və hakimlərə əlavə stimul verir, gənclər arasında Kunq-Fu idman növünə marağı daha da artırır.
Azərbaycan Kunq-Fu Federasiyası olaraq, biz hər zaman hiss edirik ki, dövlətimiz və idman rəhbərliyi bizim yanımızdadır. Bu etimad və qayğı federasiyamızı daha məsuliyyətli çalışmağa, qarşıya qoyulan məqsədlərə daha böyük əzmlə nail olmağa ruhlandırır. Federasiya gələcəkdə də Gənclər və İdman Nazirliyi ilə sıx əməkdaşlıq edərək, ölkəmizdə Kunq-Fu idman növünün daha geniş kütlələr arasında yayılması, gənclərin sağlam həyat tərzinə cəlb edilməsi və beynəlxalq uğurların artırılması istiqamətində fəaliyyətini davam etdirəcəkdir.
Sonda bir daha Azərbaycan Kunq-Fu Federasiyası adından Gənclər və İdman Nazirliyinə və şəxsən cənab İdman Naziri Fərid Qayıbova göstərdikləri yüksək diqqət, səmimi qayğı və dəstəyə görə dərin təşəkkürümüzü bildirir, şərəfli fəaliyyətlərində davamlı uğurlar arzulayırıq.






















































