“Böyük Qayıdış” Gənclər Təşkilatı Ulu Öndərin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirib
ATU rəhbərliyi Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibəti ilə Ulu Öndərin məzarını ziyarət edib
Azərbaycan-Ermənistan sərhədində delimitasiya üzrə işlər nə yerdədir? - Nazirdən AÇIQLAMA
Arzu Əliyeva ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar paylaşım edib
Azərbaycan - Britaniya Peşəkarları Assosiasiyası ilə ATU arasında əməkdaşlıq genişlənir
İlham Əliyev Heydər Əliyevin ömür yolundakı vacib məqamları əks etdirən videoçarx paylaşıb
DYP Kürdəmir Postunun komandiri Ruslan İsayev: “Ulu Öndər Heydər Əliyev – Azərbaycan dövlətçiliyinin xilaskarı”
İş adamı Cəbrayıl Cəbrayılov: “Ümummilli Lider Heydər Əliyev Azərbaycanın dövlətçilik tarixində əbədi imzadır”
Kliniki Tibbi Mərkəzin direktoru Musa Abbasov: “Ulu Öndər Heydər Əliyev və Azərbaycan səhiyyəsinin inkişafı”
Geofizika və Geologiya İdarəsinin rəisi Ziya Rəhimov: “Ulu Öndər Heydər Əliyev və neft strategiyası”
YAP İsmayıllı rayon təşkilatının sədri Zaur Muradov: “Heydər Əliyev – müasir Azərbaycan modeli və dövlətçilik strategiyasının müəllifi”
Taleh Məmmədov: “Heydər Əliyev və müasir Azərbaycan modeli dövlətçilik strategiyasının müəllifi”
Qobustan Rayon Mərkəzi Xəstəxanasının Terapiya Şöbəsinin müdiri Lamiyə Nəsibova: “Ulu Öndər Heydər Əliyev və tibb sahəsində uğurlar”
Qobustan Rayon Mərkəzi Xəstəxanasının direktoru Günay Muradova: “Ulu Öndər Heydər Əliyev - Azərbaycan səhiyyəsinə layiqli xidmətin nümunəsi”
Qobustan Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Xəyalə İmanova: “Ulu Öndər Heydər Əliyev və Azərbaycan səhiyyəsi”
Xətai rayonunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş möhtəşəm konsert proqramı və atəşfəşanlıq təşkil olunub
Azərbaycan Tibb Universiteti Türkiyənin Yozqat Bozok Universiteti ilə əməkdaşlığa başlayır
İpək Yol MMC-nin rəhbəri Qəzənfər Niftəliyev: “Mən fəxr edirəm ki, Ulu Öndər Heydər Əliyevin dövrünün ziyalıları ilə çiyin-çiyinə çalışıram”
Xeyriyyəçi, vətənpərvər sahibkar xanım Zərniyar Kərimova: “Ulu Öndər və Azərbaycan qadını”
Tibb üzrə fəlsəfə doktoru Dilqəm Məhərrəmov beynəlxalq tibb konqresində məruzə ilə çıxış edib
“Sağlığında sahə həkiminin qəbuluna düşməyibsə, ölüm kağızı almaq olmur” - Rəsmi açıqlama
Oğlunu həbsdən azad etmək istəyən ata 60 min manatlıq dələduzluqla üzləşdi
Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs olunmuş Nicat Muradovun azadlığa buraxdırılacağı vədi ilə onun atasına qarşı dələduzluq edilib.
Oxu.Az Teleqraf.az-a istinadla xəbər verir ki, Nicat Muradov barəsində Cinayət Məcəlləsinin 192.2.2 (qanunsuz sahibkarlıq - külli miqdarda gəlir əldə etməklə törədildikdə) və 244-1.4-cü (qumar oyunlarının təşkili və ya keçirilməsi, yetkinlik yaşına çatmayanların qumar oyunlarında iştirakına yol verməklə törədildikdə) maddələri ilə ittiham elan edilib.
Bundan sonra Muradovun ailə üzvləri onun həbsdən azad olunması üçün yollar axtarıblar. Nicatın əmisi oğlu Əli məsələni dost-tanışlarının yanında danışıb. Bu söhbətlər əsnasında Anar adlı bir şəxs Əlinin dostu Şərifin vasitəsi ilə Muradovlar ailəsi ilə tanış olub. O, Nicat Muradovun həbsdən azad edilməsinə guya Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində işləyən tanışı vasitəsilə köməklik göstərəcəyinə dair yalan vəd verib.
İttihama görə Anar bu adla N.Muradovun atası Tapdıq Muradovdan 60 min manat pul alıb.
İstintaq orqanı tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 178.2.3-cü (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib.
Anar məhkəmədə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O deyib ki, cəmi 30 min manat pul alıb, onu da qaytarıb: "Zərərçəkmiş Tapdıq Muradovu tanımıram, onunla ilk dəfə məhkəmədə qarşılaşmışam. Nicat onlayn kazino işlədirdi, qumar oyununda ona 30 min manat borcum yarandı. Nicat Muradovun cinayət işi ilə bağlı isə onlardan 30 min manat alınıb.
Əli və Şəriflə məsləhətləşərək vəkillə müqavilə bağlamaq qərarına gəldik və həmin puldan 3000 manatı vəkilə verdik. Qalan pulun 25000 manatını Tapdıq Muradova, 5000 manatı isə Əliyə geri qaytarmışam. Nicat Muradovla bağlı cinayət işi barədə 10 ildir tanıdığım Əli danışıb. Eşitdiyimə görə, Nicat bank kartında olan pul transferinə görə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən tutulub. Həmin orqanda işləyən tanışdan köməklik istəmişəm, tanışlarım da bizə Nicat Muradova hüquqi yardım göstərilməsi üçün vəkillə müqavilə bağlamağı məsləhət görüb".
İş üzrə zərərçəkmiş Tapdıq Muradov təsdiqləyib ki, Anarı əyani olaraq tanımayıb, onunla heç vaxt görüşməyib:
"Birinci dəfə 30 min manatı Əli tək verib, ikinci dəfə 30 min manat verəndə isə Şərif də yanında olub".
Zərərçəkmiş qeyd edib ki, Rusiya Federasiyası vətəndaşıdır:
"Rusiyadan gələrkən özümlə pul gətirmişdim, ev almaq istəyirdim. Lakin həmin pulları oğlumun həbsdən azad olması üçün sərf etməli oldum. Mənə vurulmuş zərərdən 7000 manat geri qaytarılıb. Qaytarılmamış məbləğ isə 53000 manatdır".
Cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxsin əməli Cinayət Məcəlləsinin 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsinə tövsif edilib və Anar 2 il 5 ay 27 gün müddətə azadlıqdan məhrum olunub.























































