Xeyirxahlığı və vətənpərvərliyi ilə seçilən nümunəvi iş adamı – “Sultan” marketlər şəbəkəsinin rəhbəri Mehman müəllim
Ömrünü elmə və səhiyyəyə həsr edən ziyalı xanım – Səlimova Ofeliya Miryusif qızının 80 illik yubileyi
Biləcəri qəsəbəsi 297 nömrəli orta məktəbin 10B sinif məzunlarının 50 illik yubileyi böyük sevinc və nostalji hisslərlə qeyd olundu
“Kinolardakı driftləri təkrarlamaq istəyirlər” - 16 yaşlılara hansı halda icazə var?
Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının təşəbbüsü ilə Tibb İşçilərinin Peşə Bayramına həsr olunmuş tədbir keçirilib
İlham Əliyev Bakıda İslam İnkişaf Bankı Qrupunun illik toplantılarının açılış mərasimində iştirak edib
İlham Əliyev Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumların rəhbər şəxslərini qəbul edib
Kung-Fu Federasiyasında idmançılarla strateji görüş: Beynəlxalq arenaya doğru yeni hədəflər
Kung-Fu Federasiyasında İdmançılarla Görüş və Gələcək Planların Müzakirəsi Keçirilib.
13 yanvar 2026-cı il tarixində, saat 14:00-da Kung-Fu Federasiyasında geniş tərkibli iclas keçirilib. Tədbirin əsas məqsədi federasiya rəhbərliyinin idmançılar və qismən idmançılarla birbaşa görüşünün təşkili, qarşıdakı dövr üçün strateji planların müzakirəsi, eləcə də beynəlxalq yarışlara hazırlıq məsələlərinin ətraflı şəkildə dəyərləndirilməsi olub.
İclasda Kung-Fu Federasiyasının prezidenti Nurlan Aslanov, Birinci vitse-prezident Babək Əliyev, ümumi işlər üzrə vitse-prezident Ehram Məcidov, Hakimlər Kollegiyasının rəhbəri Güloğlan Cabbarov, federasiyanın məsul şəxsləri, tanınmış idmançılar, həmçinin Kung-Fu Federasiyasının hüquqşünası İsmayıl Zalov iştirak ediblər.
Görüş zamanı federasiyanın fəaliyyəti, idmançıların hazırlıq səviyyəsi, mövcud problemlər və perspektiv imkanlar müzakirə olunub. Rəhbərlik tərəfindən idmançıların təklif və fikirləri dinlənilib, onların inkişafı üçün görüləcək işlər barədə ətraflı məlumat verilib.
İclasdan sonra iştirakçılar üçün səmimi mühitdə çay süfrəsi təşkil olunub. Ardınca federasiyanın inzibati binasında baxış keçirilib, mövcud infrastruktur, məşq şəraiti və hazırlıq prosesi yerindəcə qiymətləndirilib. Qarşıya qoyulan hədəflər və yaxın gələcək üçün nəzərdə tutulan layihələr ətrafında fikir mübadiləsi aparılıb.
Tədbir zamanı dövlətçiliyə və dövlətə sadiqlik xüsusi vurğulanıb. Ölkə Prezidenti, cənab İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğı yüksək qiymətləndirilib, bu sahənin inkişafına verdiyi davamlı dəstəyə görə dərin təşəkkür ifadə olunub. Eyni zamanda Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, eləcə də Gənclər və İdman naziri Fərid Qayıbova idmana göstərilən yüksək səviyyəli qayğı və diqqətə görə minnətdarlıq bildirilib.
İclasda Gənclər və İdman Nazirliyinin rəsmi nümayəndəsi Rəşid Heydərov da iştirak edib. O, çıxışı zamanı Kung-Fu Federasiyasında aparılan işləri yüksək qiymətləndirib, federasiyanın dinamik inkişaf yolunu və beynəlxalq arenada əldə olunan nailiyyətləri müsbət dəyərləndirib. Xüsusilə 2026-cı ildə Avropada keçiriləcək yarışlarda Azərbaycanın layiqincə təmsil olunması istiqamətində görülən hazırlıq işləri diqqətə çatdırılıb.
Qeyd olunub ki, Kung-Fu Federasiyası beynəlxalq yarışlara sistemli və məqsədyönlü şəkildə hazırlaşır. Qarşıdakı illərdə Avropa və digər nüfuzlu beynəlxalq arenalarda Azərbaycan idmanını, dövlətimizin idman siyasətini və milli dəyərlərimizi yüksək səviyyədə təmsil etmək federasiyanın əsas prioritetlərindən biridir.
Arhd.az










































































