Bu sevda Vətən sevdasıdır... XTQ-nin cəsur döyüşçüsü, Şuşa fatehi Zaur Ələkbərovun qəhrəman obrazı
Masallı qaz idarəsindən şikayət: “Heç bir rəsmi xəbərdarlıq edilmədən qazımız kəsildi” -VIDEO
ZAQATALA RAYONU, MAZIX KƏNDİNDƏ NƏZARƏTSİZLİK TƏHLÜKƏLİ HƏDDƏ ÇATIB - SÜRÜCÜLƏR HƏR GÜN RİSK ALTINDADIR -VİDEO
Sözün, zəkanın və insanlığın 50 illik işıqlı yoluna ehtiramla – Təyyar Yəhyayevə yubiley təbriki
Aztürk Holding-in təşkilatçılığı ilə 28 May – Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib.
Milli geyim sənayesinin inkişafına töhfə verən rəhbər – Bakı Tikiş Evinin direktoru Fədai Rəhimov
Dövlətinə sədaqətlə xidmət edən peşəkar rəhbər – “Aran” Regional Enerji Təchizatı və Satış İdarəsinin rəisi Zülfi Ağayev
Dövlətinə və xalqına sədaqətlə xidmət edən rəhbər – “Azərişıq” ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satış İdarəsinin rəisi Nəriman Mahmudov
"Sistemdə ciddi islahatlara ehtiyac var" - Kənd təsərrüfatı üzrə subsidiyalar niyə effektiv deyil?
Dəhşətə salan görüntü: Milyarder Ceff Bezosun raketi Floridada sınaq zamanı partladı
Gənclərin İnkişaf və Karyera Mərkəzi tərəfindən regionlarda Müstəqillik Günü münasibətilə tədbirlər təşkil olunub
YAP İsmayıllı Rayon Təşkilatının sədri Zaur Muradovun 28 May – Müstəqillik Günü Münasibətilə təbriki və dövlətçilik dəyərlərinə sədaqət nümunəsi
Vaqif Abdullayev: 28 MAY siyasi təqvimdə Türk tarixi üçün uğur hekayəsi sayıla bilər.
İsmayıllı RİH-nin başçısı Nahid Bağırov 28 May – Müstəqillik Günü münasibəti ilə təbriki
Azərbaycanın aqrar inkişaf strategiyası: Prezident İlham Əliyevin kənd təsərrüfatı və su təhlükəsizliyi siyasəti
Səhiyyədə peşəkarlıq və humanizm nümunəsi – Gəncə Şəhər Birləşmiş Xəstəxanasının direktoru İlkin İsmayılov
500 minlik fırıldaq: Dələduz “zərərçəkən” oldu, pulunu yediyini həbs etdirdi
Zaqatala rayon sakini Zaur İsmayılovun məhkəmə prosesi və başına gələnlər haqqında xəbər vermişdik.
Yenicag.az xatırladır ki, İsmayılov Zaur bankların birinin Zaqatala filialında işlədiyi zaman “bandit İsa” kimi ad çıxarmış İsa Abdullayev adında “makler”lə tanış olur. İsa Zaura Zaqatalada və ətraf rayonlarda “əlimyandıda” olan əmlakları alıb-satmağı təklif edir. Zaur da onunla razılaşaraq İsa vasitəsilə satdığı evin pulunu, qardaşı və dostlarından aldığı, həmçinin kreditə götürdüyü pulları İsaya verir. Bir müddət keçdikdən sonra Zaur İsa tərəfindən aldadıldığını, verdiyi pullara İsa tərəfindən heç bir əmlak alınmadığını və pulların İsa tərəfindən ələ keçirildiyini bilir. İsadan pulunu tələb etdikdə İsa ona hədə-qorxu gələrək onu məhv edəcəyini deyir.
Daha sonra İsmayılov Zaur Daxili İşlər Nazirliyinə şikayət edərək 500 min manata yaxın pulunun ələ keçirildiyini qeyd edir və bununla bağlı əlində olan çox ciddi sübutları da təqdim edir. İsa da Baş Prokurorluğa şikayət edərək İsmayılov Zaura bankda depozitə qoymaq üçün 81 min manat pul verdiyini deyir. İsanın şikayəti üzrə İsmayılov Zaura cinayət işi açılır və Şəki Ağır Cinayətlər Məhkəməsi tərəfindən 5 il 6 ay azadlıqdan məhrumetmə cəzası verilir.
Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmünün ləğv edilməsi barədə İsmayılov Zaurun vəkili tərəfindən verilmiş şikayəti Şəki Apellyasiya Məhkəməsi rədd edərək Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmünü qüvvədə saxlayır. Lakin Şəki Apellyasiya Məhkəməsinin qərarından verilmiş kassasiya şikayətini Ali Məhkəmə qismən qəbul edərək Şəki Apellyasiya Məhkəməsinin qərarının ədalətsiz olduğunu, İsmayılov Zauru ittiham etmək, onun haqqında hökm çıxarmaq üçün kifayət qədər sübutların olmadığını əsas gətirərək qərarı ləğv edir və işinin yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərir.
Azadlıqdan məhrum edilmiş İsmayılov Zaurun vəkili Yalçın Hacızadədən aldığımız məlumata görə, iş Şəki Apellyasiya Məhkəməsində davam edir, baxış mərhələsindədir. İşin qismən yenidən araşdırılması haqqında məhkəmə qərar qəbul edib. Ona görə növbəti məhkəmə iclasında yenidən zərəçəkənin və şahidlərin dindirilməsi, maddi sübutların araşdırılması və s. prosesual hərəkətlər aparılacaq.
Vəkilin bildirdiyinə görə, Ali Məhkəmə qərarında aşağı instansiya məhkəmələrinin qərarını ədalətsiz və qanunsuz hesab edib. Deməli, ədalətsiz qərarın nəticələri də ədalətsizdir və İsmayılov Zaurun azadlıqdan məhrum edilməsi də qanunsuzdur.
“İsmayılov Zaura bəraət verilməsi üçün kifayət qədər əsaslar var. Onun ittiham olunduğu əməli törətməsini sübut edən hal yoxdur. Zərərçəkən kimi tanınan İsa Abdullayev pulu Zaura harada verməsinə dair həm istintaqda, həm də məhkəmədə müxtəlif və ziddiyətli ifadələr verib. Bu da onun yalan danışdığını göstərir. Həmçinin İsa Abdullayev haqqında başqa şəxslərin də çoxlu şikayətlər var. Həmin şəxslər şikayət edərək bildirirlər ki, İsa onların əmlaklarının və pullarının qanunsuz yollarla ələ keçirib”, – vəkil bildirib.























































