Menu
Xəbər Lenti
Tapdıq Əlibəyli  - 65
Bugün, 13:34

Tapdıq Əlibəyli - 65

Tapdıq Əlibəyli - 65
Dünən, 17:08

Tapdıq Əlibəyli - 65

4 yolda sıxlıq var
Dünən, 10:23

4 yolda sıxlıq var

Tapdıq Əlibəyli - 65
21-06-2026, 15:52

Tapdıq Əlibəyli - 65

Vens İsveçrədədir
21-06-2026, 11:32

Vens İsveçrədədir

Bu gün imtahan var
21-06-2026, 11:21

Bu gün imtahan var

“Azeri Light” bahalaşdı
20-06-2026, 11:22

“Azeri Light” bahalaşdı

08 Yanvar 2026 06:03Manşet / İdman

Messi təqaüdə çıxdıqdan sonra bu işlə məşğul olmaq istəyir

 

Argentina millisinin və “İnter Mayami” klubunun ulduzu Lionel Messi təqaüdə çıxdıqdan sonrakı planlarını açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, Argentinanın LUZU TV kanalına danışan 38 yaşlı ulduz futbolçu təqaüdə çıxdıqdan sonra futbolda hansı rolu seçəcəyini ilk dəfə açıqlayıb.

O, məşqçi olmağı planlaşdırmadığını, əsas hədəfinin isə klub sahibi olmaq olduğunu bildirib.

Messi məşqçiliyin ona uyğun olmadığını vurğulayıb:

“Düzünü desəm, özümü məşqçi kimi görmürəm. Məşqçi olmaq fikri xoşuma gəlir, amma seçim etməli olsaydım, klub sahibi olmağı üstün tutardım.

Öz klubuma sahib olmaq və onu aşağıdan yuxarıya doğru inkişaf etdirmək, gənc futbolçulara və digər insanlara böyümək, irəliləmək və önəmli nəsə əldə etmək imkanı yaratmaq istəyirəm. Məni ən çox cəlb edən də məhz budur”.