Menu
Xəbər Lenti
SÖZÜN ŞƏFƏQ ÇAĞI...
3-01-2026, 09:54

SÖZÜN ŞƏFƏQ ÇAĞI...

06 Yanvar 2026 06:57Manşet / Siyasət

“O yüklərin Zəngəzur dəhlizi boyunca hərəkət edəcəyini gözləyirik”

 

“Nəqliyyat sektorunda artıq bəhs etdiyim fəal əməkdaşlıq fonunda yükdaşımaların əsas artım mənbəyi təbii ki, Çin olacaq”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində deyib.

İlham Əliyev qeyd edib ki, Çin Xalq Respublikası hazırda Xəzər dənizinə dəmir yolunun, Qırğızıstan və Özbəkistan vasitəsilə daha bir dəmir yolunun tikintisini maliyyələşdirir, milyardlarla dollar sərmayə qoyur:

“Orada relyef çox mürəkkəbdir və çoxsaylı tunellər və körpülər tikilməlidir. Bu fakt onu göstərir ki, onlar bu layihəni maliyyələşdirmək qərarına gəldikləri üçün həmin dəmir yolu boş qalmayacaq. Xəzər dənizinə və deməli, Azərbaycana yükdaşımaların həcmi artacaq. Mərkəzi Asiya ölkələri ilə yanaşı, Çindən əlavə yükdaşımalar təbii ki, Şərq-Qərb marşrutunu, Orta Dəhlizi tam işlək vəziyyətə gətirəcək.

Sözsüz ki, Çin və Orta Asiya ölkələrindən gələn yüklərin də Zəngəzur dəhlizi boyunca hərəkət edəcəyini gözləyirik. Təbii ki, biz buna ilk növbədə Naxçıvan Muxtar Respublikası ilə əlaqə kimi, həm də beynəlxalq nəqliyyat dəhlizi kimi baxırıq.

Bu gün Azərbaycandan Qərbə doğru bir dəmir yolu marşrutu var, onların sayı iki olacaq. İki həmişə birdən yaxşıdır, xüsusilə açıq okeana çıxışınız olmadığı və qonşu ölkələrdən keçməli olduğunuz bir şəraitdə. Həmişə həcm üçün, rəqabətqabiliyyətlilik üçün, tranzit marşrutunun inhisarlaşdırılmasının qarşısını almaq və təbii ki, daha rəqabətli tariflər təmin etmək üçün alternativə sahib olmaq daha yaxşıdır.

Bu, bizim qarşılıqlı fəaliyyətimizin çox böyük sektorudur və təbii ki, belə olan halda düşünürəm, həm əmtəə dövriyyəsinin həcmi nöqteyi-nəzərindən, potensial baxımdan və belə demək mümkünsə, həm də Cənubi Qafqazdan axını sonrakı istiqamətlər üzrə bölüşdürəcək ölkə kimi, Çin Xalq Respublikası üçün burada, bu regionda Azərbaycan prioritet tərəfdaşdır.

Bu axınlar isə hamımızın bildiyi kimi, bir çox istiqamətdə hərəkət edə bilər. Buradan iki istiqamətdə qərbə, bir istiqamətdə və daha sonra iki istiqamətdə - yenidən Zəngəzur dəhlizi vasitəsilə cənuba, Yaxın Şərqə, Fars körfəzinə və əlbəttə ki, şimal istiqamətinə doğru axın olacaq ki, bu istiqamət də tam istifadəyə veriləcək.

Buna görə də Azərbaycan, belə demək mümkünsə, kommersiya səmərəliliyinə və bir çox digər amillərə əsaslanaraq, yükdaşımaların artmasına kömək edən, özünün və qonşu ölkələrin infrastrukturuna investisiya qoyan, axınların təminedicisi olacaq ölkə rolunu oynamalıdır. Bu səbəbdən də xüsusən də açıq dənizə çıxışı olmayan Azərbaycanın nəqliyyat mərkəzi kimi rolu təbii olaraq artacaq”.