Səfirliyin tədbirində Rəşad Nəbiyevin iştirakı - Diplomatiyada qarşılıqlıq prinsipinin təzahürüdür
VƏTƏNDAŞ MƏMNUNLUĞU, HÜQUQA HÖRMƏT VƏ ƏDALƏTƏ ETİMAD — İSMAYIL ZALOVDAN MƏHKƏMƏ-HÜQUQ ŞURASININ FƏALİYYƏTİNƏ MÜSBƏT DƏYƏRLƏNDİRMƏ
Oqtay Mustafayev – sahibkarlıq fəaliyyəti, dövlətçilik mövqeyi və xeyirxahlıq nümunəsi
Xəstələrə iynə vuraraq yatırdıb, ölüm saatlarını dəyişdirib - “Güllü”nün qızı ilə bağlı şok iddialar
Nisə Rafiq qızı İbrahimovanın ad günü və Yeni 2026-cı il münasibətilə səmimi təbrik
AJB-nin üzvü, "Qızıl Qələm" mükafatı laureatı və hamımızın sevimli yazıçı-publisisti Nisə Rafiq qızı İbrahimovanın ad günü münasibətilə redaksiyanın kollektivi adından səmimi-qəlbdən təbrik edirik. Sizin zəngin yaradıcılığınız, dərin publisistik fəaliyyətniz və cəmiyyətin müxtəlif təbəqələrinə verdiyiniz dəyərli töhfələr Azərbaycan ədəbiyyatı və mətbuatı üçün böyük sərvətdir.
Sizin əsərləriniz həmişə oxucular üçün ilham mənbəyi olmuş, söz və mənanın gözəl harmoniyasını nümayiş etdirmişdir. Redaksiyamız Sizə sağlamlıq, uzun ömür, yaradıcı uğurlar və həyatınızda daim yeni zirvələrin qazanılmasını arzulayır. Qoy hər bir gününüz sevinc, xoşbəxtlik və işıq dolu olsun.
Eyni zamanda, Sizə 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və qarşıdan gələn Yeni 2026-cı il münasibətilə də ürəkdən təbriklərimizi çatdırırıq. Bu əlamətdar günlər xalqımızın birlik və həmrəyliyinin, milli-mənəvi dəyərlərimizin təntənəsi kimi əhəmiyyətlidir. Yeni il xalqımıza sülh, əmin-amanlıq və rifah gətirsin, hər bir ailəyə sevinc və xoş günlər bəxş etsin.
Nisə xanım, Sizin kimi istedadlı şəxslərin fəaliyyəti həm gənc nəsillər üçün örnək, həm də Azərbaycan mədəniyyəti üçün böyük dəyərdir. Arzu edirik ki, yeni ildə də yaradıcılığınızın parlaq uğurları davam etsin, sözünüz oxucular tərəfindən hər zaman dəyərli və sevilən olsun.
Bayramınız mübarək, Yeni iliniz uğurlu və bərəkətli olsun!
Hörmətlə, Şamil Cəfər.
“Ulusestv.az”, “Xezertv.info”, “Zeferyolu.az” və “Merhemet.tv”-nin redaksiya kollektivi























































