Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev Suskənd kəndində səyyar qəbul keçirib
ŞƏFFAFLIQ VƏ ƏDALƏT PRİNSİPLƏRİ ÖN PLANDA — İNSAN HÜQUQLARI MÜDAFİƏSİ ŞİRKƏTİNDƏN MÜHÜM HÜQUQİ FƏALİYYƏT
27 sentyabr Azərbaycan tarixində xalqımızın milli iradəsini, vətən sevgisini və dövlətçilik əzmini nümayiş etdirən mühüm və unudulmaz tarixdir
ANIM GÜNÜ İLƏ BAĞLI GİKM-İN REGİONAL NÜMAYƏNDƏLİK VƏ BÖLMƏLƏRİNDƏ SİLSİLƏ TƏDBİRLƏR KEÇİRİLİB
Ağırlıqqaldırma üzrə tələbələr arasında ilk dünya çempionumuz Tehran Məmmədov Vətənə qayıdıb
Millət Vəkili Məlahət İbrahimqızı 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni 2026-cı ilin gəlişi münasibəti ilə təbrik etdi
Dəyərli Seçicilərim,
Əziz Şəhid və Qazi Ailələri,
Hörmətli Ağbirçəklər və Ağsaqqallar,
Sevimli Gənclər və Uşaqlar,
Qiymətli Dostlarım,
Bu gün 31 Dekabr Dünya Axərbaycanlılarının Həmrəylik Günüdür. Eyni zamanda bir neçə saatdan sonra biz 2025-ci ilə yola salıb yeni təqvim ilini 2026-cı ilinə qovuşacağıq,
Bu il ölkəmiz və xalqımız möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə böyük uğurlara şahidlik edərək, hüzur, əmin-aman və sağlıqlı bir il yaşadı. İnşaallah gələn yeni ilimiz də Dövlət Başçımızın yorulmadan həyata keçirdiyi uğurlu daxili və xarici siyasətlə daha da gözəl və əmin-aman bir il olar.
Fürsətdən istifadə edərək bu əlamətdar günlər və bayramlar münasibətilə Sizin hər birinizi, ailələrinizi səmimi qəlbdən təbrik edir, cansağlığı, ruh yüksəkliyi, ailə saadəti, müqəddəs məramımız uğrunda mübarizəmizdə həmrəylik arzulayıram! Allah gələn hər ilimizi gözəl gətirsin! Allah Əziz Xalqımıza bir daha acı yaşatmasın. Bir daha Yeni Təqvim İlimiz mübarək gəlsin. Amin!!!
Hörmətlə, Məlahət İbrahimqızı






















































