Xeyirxahlığı və vətənpərvərliyi ilə seçilən nümunəvi iş adamı – “Sultan” marketlər şəbəkəsinin rəhbəri Mehman müəllim
Ömrünü elmə və səhiyyəyə həsr edən ziyalı xanım – Səlimova Ofeliya Miryusif qızının 80 illik yubileyi
Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının təşəbbüsü ilə Tibb İşçilərinin Peşə Bayramına həsr olunmuş tədbir keçirilib
İlham Əliyev Bakıda İslam İnkişaf Bankı Qrupunun illik toplantılarının açılış mərasimində iştirak edib
İlham Əliyev Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumların rəhbər şəxslərini qəbul edib
Gəncənin Su Təchizatının İnkişafına və Əhalinin Rahatlığına Xidmət Edən Rəhbər – Şöhrəddin Verdiyev
Səhiyyəyə həsr olunan peşəkar fəaliyyət- 1 saylı Kliniki Tibbi Mərkəzin direktoru Musa Abbasov
İnsan sağlamlığına həsr olunan fədakar fəaliyyət-Siyəzən RMX-nın direktoru Nərgiz Əliyeva
Elxan Yaqubov – Sahibkarlıq, tibb və maarifçilik fəaliyyətini uğurla birləşdirən ziyalı
Ağ xalatın məsuliyyət yükünü şərəflə daşıyan rəhbər – Elçin Bilalovun fədakarlıq yolu
AHİK uşaqlar üçün bayram şənlikləri təşkil edib
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində ölkəmizin bütün şəhər və rayonlarında uşaqlar, o cümlədən ittifaq üzvlərinin və şəhidlərimizin övladları üçün bayram şənlikləri təşkil edib, görüşlər keçirib.
Tədbirlər işğaldan azad edilmiş əraziləri - Qarabağ və Şərqi Zəngəzuru da əhatə edib. Doğma yurdlarına qayıdan ailələrin övladları ilə keçirilən görüşlər xüsusi rəmzi məna daşıyıb, uşaqların öz torpaqlarında bayramı qeyd etməsi şənliklərə daha fərqli ab-hava qatıb.
Xankəndi və Şuşa şəhərlərində, eyni zamanda Cəbrayıl, Füzuli, Ağdam, Ağdərə, Kəlbəcər, Laçın, Xocalı və Zəngilan rayonlarında baş tutan bayram tədbirlərində çıxış edən AHİK nümayəndələri məktəbliləri qarşıdan gələn əlamətdar günlər münasibətilə təbrik edib, onlara təhsillərində uğurlar arzulayıblar.
Qeyd olunub ki, dövlətimiz tərəfindən işğaldan azad olunan ərazilərimizdə yaradılan müasir infrastruktur və sosial şərait şagirdlərin doğma yurdlarında keyfiyyətli təhsil almalarına və hərtərəfli inkişafına geniş imkanlar yaradır.
Bayram tədbirlərində gələcəyin vətənpərvər, dərin zəkalı, intellektual gəncliyi olacaq bugünkü uşaqların yüksək səviyyədə təhsillə təmin edilməsi, layiqli vətəndaş kimi yetişməsi istiqamətində cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan genişmiqyaslı işlərdən, eləcə də Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələrdən bəhs olunub.
Həmçinin vurğulanıb ki, uşaqlara diqqət göstərilməsi, onların asudə vaxtının maraqlı və yaddaqalan təşkili həmkarlar ittifaqlarının fəaliyyət istiqamətlərindəndir və bu məqsədlə müxtəlif sosial layihələr həyata keçirilir.
Tədbirlər zamanı şagirdlər vətənpərvərlik mövzusunda şeirlər səsləndirib, bayram əhval-ruhiyyəsində çıxışlar edib, doğma torpaqlarda yaşamağın sevincini bölüşüblər.
Qeyd edək ki, bayram şənlikləri sağlamlıq imkanları məhdud və xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsil aldıqları məktəblərdə də keçirilib.





















































