Polis polkovniki Əhməd Cəlilov Kanal S-də: “Polis adını uca tutmaq mənim həyat amalım olub”
Paşinyan II Qaregini zərərləşdirmə yolunda kütləvi ictimai təpkiyə məruz qalmasa...- ŞƏRH
İsmayıl Zalov Azərbaycan Çin Döyüş Növləri Assosiasiyası Kung-Fu Federasiyasının Hüquqşünası Təyin Olundu
Ulu Öndərimiz Heydər Əliyevin layiqli davamçısı İlham Əliyev bizim qüdrətli gələcəyimizin memarıdır-Könül Nəbizadə
Mərhəmət Lələyevdən Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə ad günü təbriki
Çingiz Mahmudovdan Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə dərin hörmət və ad günü təbriki
Şamil Cəfərovdan Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə ad günü təbriki
Fərid Faiqoğludan Prezident cənab İlham Əliyevə ad günü münasibətilə səmimi təbrik
Jalə Ağakişiqızından Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə ad günü təbriki
İş adamı Eldar müəllim: Prezident İlham Əliyev – Müzəffər Ali Baş Komandan, güclü dövlətin memarı
Ədalət Hacıyev: Prezident İlham Əliyev – Dövlətçilik, mədəniyyət və milli həmrəyliyin rəmzi
Amil Bağıyev: Prezident İlham Əliyev – Müstəqil Azərbaycanın gücü, zəfəri və milli həmrəyliyinin təminatçısı
Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi Teymur Hacıyev: Prezident İlham Əliyev – Dövlətçilik, milli həmrəylik və hüquq-mühafizə sisteminin gücləndiricisi
Xeyriyyəçi, vətənpərvər xanım Zərniyar Kərimova: Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev – Güclü dövlətin güclü lideri
Taleh Məmmədov: Prezident İlham Əliyev – Müstəqil Azərbaycanın Zəfər və həmrəylik yolunun lideri
Paşinyan II Qaregini zərərləşdirmə yolunda kütləvi ictimai təpkiyə məruz qalmasa...- ŞƏRH
Ermənistanda növbəti vətəndaş qarşıdurması baş verdi.Dekabr ayının əvvəlində Baş nazir Nikol Paşinyan tərəfdarları ilə katolikos II Qaregini dəstəkləyən şəxslər arasında yaşanan toqquşmalara hüquq-mühafizə orqanları müdaxilə etdi.Belə anlaşılır ki,Paşinyan II Qaregini vəzifəsindən kənarlaşdırmaqda israrlıdır.
-Sizcə Paşinyanın II Qaregini vəzifəsindən kənarlaşdırması mümkün görünürmü,eləcə də Ermənistanda baş verən son hadisələri necə qiymətləndirərdiniz? Necə düşünürsüz, Ermənistanda mövcud gərginlik səngiyəcəkmi və yaxud yeni bir mərhələyə keçəcək? O cümlədən Nikol Paşinyanın partiyasının qarşıdan gələn parlament seçkilərində qələbə qazanmaq şansı varmı?
Sualımıza Faktinfo.az saytının Baş redaktoru Fuad İsgəndərov münasibət bildirib.
"Hesab edirəm Ermənistanda hələ ki,elə də ciddi siyasi gərginlik yoxdu.Bu dinamika seçkilər ərəfəsində artacaq və artan xətt üzrə inkişaf edib parlament seçkilərindən bir-iki həftə sonra səngiyəcək. II Qaregin vəzifəsindən kənarlaşdırılması məsələsinə gəlincə, bunu qətimkan tədbirində əvvəlcədən söyləmək çətindi. Amma nəzəri cəhətdən ehtimal etmək olar ki, bəli Nikol Paşinyan üçün II Qareginin vəzifəsindən kənarlaşdırılması mümkün görünür. Burada hakimiyyətin müəyyən təsir rıçaqlarını nəzərə aldıqda əminlik yaranır.
Məsələnin seçkilərə aid hissəsinə gəlincə, bildiyiniz kimi, ötən ayın əvvəlində Baş nazir Nikol Paşinyan 2026-cı ildə keçiriləcək parlament seçkilərində hakim "Vətəndaş müqaviləsi" partiyasından namizədliyini irəli sürəcəyini açıqladı. Hətta sosial media hesabı üzərindən rəhbəri olduğu partiyanın proporsional siyahısında namizədliyinə dair məktubun görüntüsünü də ictimaiyyətə təqdim etdi. Bu etapdan sonra Ermənistanda siyasi gərginliyin artacağı mümkünlüyünü təxmin etmək olardı. Rusiya yönlü qüvvələrin bir araya gəlməsi və ya bəzi şəxslərin ümumi məsləhətləşmələrdə iştirakı və s. baş verə bilərdi.
Dekabr ayının əvvəlində sabiq prezident Levon-Ter Petrosyanın Rusiyanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Sergey Kopırkinlə görüşüb məslətləşməsi, Koçaryan–Sərkisyan cütlüyünün siyasi hərəkətlənmələri və bu barədə ölkənin mətbuatında irəli sürülən mülahizələr, hazırkı halda II Qaregin ətrafında baş verənlər Ermənistanda 7 iyun 2026-cı il keçirilməsi nəzərdə tutulan parlament seçkiləri öncəsi təbii ki, bir sıra suallar doğurur.Əgər, Paşinyanın kilsəyə qarşı vətəndaş cəmiyyətini irəli sürməsinə və bu prosesdə kütləviliyi nəzərə alınmaqla, ictimaiyyətin II Qareginin zərərsizləşdirilməsinə qarşı seyirçi mövqe sərgilənməsini izləyəcəyiksə, Nikol Paşinyanın partiyasının seçkilərdə müəyyən faizlə qələbə qazanacağını da söyləmək mümkündür.Çünki, II Qaregin mövcud vəziyyətdə Koçaryan–Sərkisyan cütlüyündən daha üstün tərəf kimi görünür. O cümlədən, II Qaregin, Robert Koçaryan, Serj Sərkisyan və keçmiş müdafiə naziri Seyran Ohanyanın Rusiyaya bağlı şəxslər olduğu, bunlar arasında vaxtaşırı məsləhətləşmələrin keçirildiyi heç kimə sirr deyil. Yəni II Qareginin zəiflədilməsi tədbirləri,bu şəxslər arasında istənilən ümumi ittifaq halında nəticələrə bir o qədər təsir etməmə ehtimalını gücləndirir ki, bu da Paşinyanın xeyirnədir. Baxmayaraq ki, hazırkı vəziyyətdə Ermənistanda əhalinin daha çox dəstəklədiyi partiya Paşinyan və komandasına aiddir.
Digər tərəfdən, gündəlikdə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması, eləcə də Zəngəzur dəhlizinin açılması kimi ümdə məsələlər var. Bunlar həllini taparsa, Ermənistanın tranzit asılılığının yüksək faizi Azərbaycan və Türkiyə üzərindən həyata keçirilə bilər. Bu heç bir halda Rusiyaya sərf etmir. Bu mənada qarşıdan gələn parlament seçkilərində Paşinyana qarşı bütün müxalif qüvvələrin bir araya gətirilməsi mümkünləşərsə, o və komandası çətin siyasi situasiya ilə üz-üzə qalar. Düzdür, bu indiki halda mümkünsüz görünür, Rusiya pərəst qüvvələrin qələbə çalacaqları elə də asan olmayacaq kimi qavranılır. Lakin, seçkilərin keçirilməsinə altı aya yaxın müddət var və Ermənistanı Rusiyanın orbitinə qaytarmaq üçün iş aparıla, müəyyən tədbirlər görülə bilər.
Hərçənd, Ermənistan vəAzərbaycan arasında vətəndaş mühitinin formalaşması istiqamətində aparılan iş, Bakı və İrəvan arasında sabit siyasi dialoq kanallarının qurulması,Türkiyə prezidentinin Ermənistanla əməkdaşlığa dair verdiyi müsbət mesajlar, Paşinyanın Almaniya kansleri Fridrix Merz ilə görüşündə Avropa Birliyinə (AB)inteqrasiyasına dair aldığı müsbət impluslar, o cümlədən, qərb ölkələrində müəyyən aparıcı dairələrin Paşinyanı dəstəkləmələri kimi çoxsaylı siyasi mühit Ermənistanda Paşinyanın mövqe üstünlüyünü şərtləndirir.Lakin biraz əvvəl qeyd etdiyim kimi seçkilərə müəyyən müddət var və Nikol Paşinyan II Qaregini proseslərdən kənarlaşdırma yolunda kütləvi ictimai təpkiyə məruz qalmazsa, hesab edirəm qarşıdan gələn parlament seçkilərində də qələbə qazanmasını şərtləndirən başlıca mesajı bəribaşdan erməni cəmiyyətindən almış olacaq.
Söhbətləşdi: Firidun Oruc
Faktinfo.az






















































