Türkiyədəki elektrik stansiyası SOCAR-ın törəmə şirkətinin tərkibində fəaliyyətə başlayıb - VİDEO
Ailəsi ilə Ağdam şəhərinə qayıdan Fazilə Novruzova: "Anamla çıxdığımız torpağıma anamsız dönmək qismət oldu"
İsmayıl Zalov Azərbaycan Çin Döyüş Növləri Assosiasiyası Kung-Fu Federasiyasının Hüquqşünası Təyin Olundu
Azərbaycan hüquq ictimaiyyəti və idman cameəsi üçün əlamətdar hadisə baş vermişdir. Arhd.Az saytının rəhbəri, tanınmış hüquq eksperti, hüquq üzrə fəlsəfə doktoru İsmayıl Zalov Azərbaycan Çin Döyüş Növləri Assosiasiyası Kung-Fu Federasiyasına hüquqşünas təyin olunmuşdur. Bu mühüm təyinat federasiyanın hüquqi bazasının daha da möhkəmləndirilməsi, idarəetmədə şəffaflığın və peşəkarlığın artırılması baxımından xüsusi əhəmiyyət daşıyır.
İsmayıl Zalov uzun illərdir ki, hüquq sahəsində səmərəli fəaliyyəti, prinsipial mövqeyi, dərin elmi bilikləri və ictimai proseslərə verdiyi töhfələrlə tanınır. Onun rəhbərlik etdiyi Arhd.Az saytı hüquqi maarifləndirmə, vətəndaşların hüquqlarının müdafiəsi və cəmiyyətin hüquq mədəniyyətinin yüksəldilməsi istiqamətində mühüm rol oynayır. Belə bir nüfuzlu və peşəkar hüquqşünasın Kung-Fu Federasiyasında fəaliyyətə başlaması qurumun gələcək inkişafına mühüm töhfə verəcəkdir.
Azərbaycan Çin Döyüş Növləri Assosiasiyası Kung-Fu Federasiyası Prezident Nurlan Aslanovun uğurlu və məqsədyönlü rəhbərliyi altında son illərdə böyük nailiyyətlər əldə etmişdir. Federasiya təkcə ölkə daxilində deyil, beynəlxalq arenada da Azərbaycan idmanını layiqincə təmsil edir. Azərbaycan idmançıları müxtəlif dünya və beynəlxalq turnirlərdə uğurla çıxış edərək, üçrəngli bayrağımızı qürurla zirvələrdə dalğalandırır, dövlətimizin idman şöhrətini daha da yüksəldirlər.
İsmayıl Zalovun federasiyanın hüquqşünası kimi fəaliyyətə başlaması bu uğurların davamlı və hüquqi cəhətdən möhkəm əsaslar üzərində qurulmasına xidmət edəcəkdir. Onun bilik və təcrübəsi federasiyanın daxili nizamnamə işlərində, beynəlxalq əməkdaşlıqlarda və hüquqi məsələlərin peşəkar şəkildə həllində mühüm rol oynayacaq.
Xüsusi müxbir: Ramil Abışov























































