Menu
Xəbər Lenti
Buzovnada mənzildə yanğın
21-10-2026, 10:14

Buzovnada mənzildə yanğın

Yaşıl ulduz kəşf edildi
21-10-2026, 09:48

Yaşıl ulduz kəşf edildi

İsrailə gizli səfər etdi
20-10-2026, 10:31

İsrailə gizli səfər etdi

24 Dekabr 2025 06:32Manşet / İdman

“Arsenal” yarımfinalda

 

İngiltərə Liqa Kubokunun 1/4 final mərhələsi çərçivəsində “Arsenal” - “Kristal Pelas” matçı keçirilib.

“Qafqazinfo” xəbər verir ki, “Emireyts” stadionunda baş tutan qarşılaşmanın əsas vaxtı 1:1 hesabı ilə başa çatıb.

Maksans Lakrua görüşün 80-ci dəqiqəsində avtoqola imza ataraq, “topçular”ı hesabda önə çıxarıb. 90+5-ci dəqiqədə isə Mark Qehi hesaba tarazlıq gətirib.

Qalibin adına penalti seriyasında aydınlıq gəlib. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən (8:7) "Arsenal" futbolçuları növbəti mərhələyə adlayıblar.

Qeyd edək ki, yarımfinalda “Mançester Siti” “Nyukasl” ilə, “Çelsi” isə “Arsenal”la qarşılaşacaq.