Səfirliyin tədbirində Rəşad Nəbiyevin iştirakı - Diplomatiyada qarşılıqlıq prinsipinin təzahürüdür
VƏTƏNDAŞ MƏMNUNLUĞU, HÜQUQA HÖRMƏT VƏ ƏDALƏTƏ ETİMAD — İSMAYIL ZALOVDAN MƏHKƏMƏ-HÜQUQ ŞURASININ FƏALİYYƏTİNƏ MÜSBƏT DƏYƏRLƏNDİRMƏ
Oqtay Mustafayev – sahibkarlıq fəaliyyəti, dövlətçilik mövqeyi və xeyirxahlıq nümunəsi
Xəstələrə iynə vuraraq yatırdıb, ölüm saatlarını dəyişdirib - “Güllü”nün qızı ilə bağlı şok iddialar
Vergi Məcəlləsində dəyişikliklər ölkədəki qiymətlərə necə təsir edəcək?
Vergi Məcəlləsində qəbul edilən və gələn il yanvarın 1-dən qüvvəyə minəcəyi gözlənilən dəyişikliklərə əsasən, pərakəndə ticarət və əhaliyə xidmət sahələrində nağdsız dövriyyə üzrə ƏDV qeydiyyat limiti 200 min manatdan 400 min manatadək artırılacaq. Bununla da, vergi ödəyicisinin pərakəndə ticarət və xidmətlər üzrə nağdsız qaydada POS-terminal vasitəsilə aparılan ödəmələr əsasında formalaşan dövriyyəsi 0.5 əmsal tətbiq edilməklə nəzərə alınacaq.
Oxu.Az xəbər verir ki, bununla bağlı fikirlərini Milli Məclisin deputatı Vüqar Bayramov sosial şəbəkə hesabında paylaşıb.

Deputatın sözlərinə görə, bu o deməkdir ki, gələn ildən etibarən sadələşdirilmiş vergi dövriyyəsinin 2 dəfə artırılması nəzərdə tutulur:
"Sadə dildə izah etsək, əgər hazırda 12 aylıq ardıcıl dövriyyəsi 200 min manatdan çox olan sahibkarlar 18 faiz əlavə dəyər vergisi (ƏDV) ödəyirlərsə, gələn aydan etibarən 400 min manatadək sadələşdirilmiş vergi ödəyəcəklər.
Yəni, onların dövriyyəsi 200 min manatı keçsə belə, 400 min manatdan az olduğu halda ƏDV ödəməyəcəklər. Bu isə mikrosahibkarların vergi yükünün azalmasına gətirib çıxaracaq.
Sadələşdirilmiş vergi əhaliyə göstərilən xidmətlər üzrə nağdsız qaydada POS-terminal vasitəsilə aparılan ödəmələr əsasında formalaşan vergitutma obyekti üzrə isə 2026-cı il yanvarın 1-dən 3 il müddətinə 6 faiz ilə hesablanacaq. Beləliklə, sadələşdirilmiş vergi dərəcəsi 8%-dən 6%-ə endiriləcək. Nağdsız ödəmələr nəzarət-kassa aparatına vahid əməliyyat sistemində inteqrasiya edilmiş POS-terminal vasitəsilə aparılmalıdır.
Pərakəndə ticarət və əhaliyə xidmət sektorunda tətbiq edilən yeni güzəştlər sahibkarların xərclərini azaldacaq. Bu isə onların qiymət azalmalarına getmələri üçün də iqtisadi əsas yaradır. Qiymətlərin necə dəyişəcəyi isə, təbii ki, sahibkarların qərarlarından asılı olacaq".























































