Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev Suskənd kəndində səyyar qəbul keçirib
ŞƏFFAFLIQ VƏ ƏDALƏT PRİNSİPLƏRİ ÖN PLANDA — İNSAN HÜQUQLARI MÜDAFİƏSİ ŞİRKƏTİNDƏN MÜHÜM HÜQUQİ FƏALİYYƏT
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Səbaildə Ulu Öndər Heydər Əliyevin milli memarlıq irsinə həsr olunan tədbir keçirilib
27 sentyabr Azərbaycan tarixində xalqımızın milli iradəsini, vətən sevgisini və dövlətçilik əzmini nümayiş etdirən mühüm və unudulmaz tarixdir
Sumqayıt Regional Vəkil Bürosu ilə Türkiyənin Eskişehir Barosu qardaşlaşıb
Sumqayıt Regional Vəkil Bürosunun nümayəndə heyəti Türkiyənin Eskişehir Barosunun dəvəti ilə Eskişehirə səfər ediblər.
Səfər çərçivəsində nümayəndə heyəti bir sıra görüşlər keçirib, Türkiyənin məhkəmə-hüquq sistemi, vəkillik fəaliyyəti ilə yaxından tanış olublar, vəkilliyə namizədlərin andiçmə mərasimində iştirak ediblər.
Eyni zamanda Sumqayıt Regional Vəkil Bürosu ilə Eskişehir Barosunun qardaşlaşmış büro elan edilməsi barədə protokol imzalanıb.
Görüş çərçivəsində Sumqayıt Regional Vəkil Bürosu müdiri Anar Qasımlı türk həmkarlarını Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırovun adından salamlayaraq Azərbaycan və Türkiyə vəkilləri arasında əməkdaşlığın genişləndirilməsinin, təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıb.
Öz növbəsində, Eskişehir Barosu başkanı Barış Günaydın bir müddət öncə Azərbaycana səfərini xatırladıb və Vəkillər Kollegiyasının rəhbərliyi tərəfindən səmimi qəbula görə təşəkkürlərini çatdırıb, imzalanan protokolun simvolik olmayacağına, davamlı qarşılıqlı təmaslara və peşənin inkişafına yol açacağına ümid etdiyini bildirib.
Sonda görüş iştirakçıları arasında fikir mübadiləsi aparılıb, qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub və xatirə hədiyyələri təqdim edilib.



























































