Menu
Xəbər Lenti
Qubada zəlzələ oldu
10-12-2025, 05:16

Qubada zəlzələ oldu

12 Dekabr 2025 09:12Manşet / Gündəm / Siyasət

Yolumuzun Memarı – Etibar Kərimovun Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş ehtiramı

 

12 dekabr Azərbaycan xalqı üçün dərin hüzn və sonsuz ehtiram günü kimi yaddaşlara həkk olunub. Bu gün xalqımız Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini böyük sevgi, qürur və minnətdarlıqla yad edir. Ulu Öndər yalnız bir dövrün yox, bütöv bir millətin gələcəyini müəyyənləşdirən dövlət xadimi kimi tarixə düşüb. Onun həyatı, fəaliyyəti və dövlətçilik irsi bu gün də ölkəmizin əsas ideya dayağı kimi yaşayır və hər bir sahədə, hər bir idarədə olduğu kimi, “1 №-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC-də də yüksək dəyər kimi qəbul edilir. Şirkətin direktoru Etibar Kərimov üçün Heydər Əliyevin xatirəsi yalnız tarixi bir an deyil, yol təsərrüfatında çalışan hər kəs üçün örnək olan əbədi ideya mənbəyidir.


Etibar Kərimovun sözlərinə görə, Ulu Öndər Heydər Əliyev Azərbaycanın müasir yol infrastrukturu strategiyasının memarıdır. O, yolların təkcə nəqliyyat vasitəsi kimi deyil, bir ölkənin inkişafının, iqtisadiyyatın canlanmasının, regionlar arasında birliyin əsas dayağı kimi qiymətləndirirdi. Məhz Heydər Əliyevin düşünülmüş siyasəti nəticəsində Azərbaycanın yol təsərrüfatı üçün möhkəm hüquqi baza, modern texniki imkanlar və peşəkar kadrlar formalaşdırılıb. Etibar Kərimov bu siyasətin davam etdirilməsini özünün həm mənəvi, həm də peşə borcu hesab edir.


“1 №-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC bu gün Etibar Kərimovun rəhbərliyi altında fəaliyyətini Heydər Əliyev ideyalarına uyğun şəkildə qurur. Yolların keyfiyyətlə təmiri, təhlükəsiz və rahat istifadəsi, həmçinin xüsusi təyinatlı işlərin yüksək standartlara uyğun icrası Ulu Öndərin qoyduğu prinsiplərin davamıdır. Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik ənənəsinə görə, hər bir işdə səliqə, intizam, dəqiqlik və xalqa xidmət mədəniyyəti əsas prinsip olmalıdır. Etibar Kərimov da bu dəyərləri rəhbər tutaraq kollektivdə məsuliyyət, dürüstlük və peşəkarlıq mühiti yaradıb.


Ulu Öndərin yol təsərrüfatına göstərdiyi xüsusi diqqət onun uzaqgörənliyinin parlaq nümunəsi idi. Heydər Əliyev dəfələrlə bildirirdi ki, regionların inkişafı, iqtisadi əlaqələrin güclənməsi və vətəndaşların rifahının yüksəlməsi keyfiyyətli yol infrastrukturundan başlayır. Müstəqilliyin ilk illərində böyük çətinliklərə baxmayaraq, onun liderliyi ilə yol sektorunda genişmiqyaslı islahatlar aparıldı, beynəlxalq standartlara uyğun modern yol şəbəkəsinin əsasları qoyuldu. Bu irs bu gün ölkənin bütün sahələrində, o cümlədən Etibar Kərimovun rəhbərlik etdiyi müəssisədə fəxrlə yaşadılır.


Etibar Kərimov üçün 12 dekabr yalnız xatırlama günü deyil, həm də Ulu Öndərin müəyyən etdiyi inkişaf yolunda daha məsuliyyətlə çalışmağın rəmzidir. Onun sözlərinə görə, Heydər Əliyevin ölkəyə bəxş etdiyi sabitlik, inam və tərəqqi modeli bu gün də hər kəs üçün yol göstəricisidir. Ulu Öndərin gərgin illərdə göstərdiyi qətiyyət, Azərbaycanı xaosdan çıxararaq inkişaf xəttinə yönəltməsi, dövlətçilik ənənələrini möhkəmləndirməsi – bütün bunlar Etibar Kərimovun dərin hörmət və ehtiramla yad etdiyi xidmətlərdir.


Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin mərkəzində xalq dayanırdı. O, hər bir vətəndaşı dövlətin əsas dəyəri hesab edir, insan amilini bütün idarəçilik proseslərinin mərkəzinə qoyurdu. Etibar Kərimov da bu prinsipə dərin sədaqətlə yanaşır. O, rəhbərlik etdiyi müəssisədə əməkdaşlara qayğı, onların peşəkarlığının artırılması və əmək şəraitinin yaxşılaşdırılmasını önəmli vəzifə kimi dəyərləndirir. Çünki yaxşı bilir ki, Heydər Əliyev irsinə sadiqlik yalnız sözlə deyil, əməli fəaliyyətlə təsdiqlənməlidir.


Etibar Kərimovun fikrincə, bu gün ölkədə yol təsərrüfatı sahəsində əldə olunan böyük nailiyyətlər Prezident İlham Əliyevin uğurla davam etdirdiyi inkişaf strategiyasının nəticəsidir. Ulu Öndərin əsasını qoyduğu ideyalar bu gün yeni layihələr, geniş yol şəbəkəsi və regionların sürətli inkişafı ilə daha da güclənib. Azərbaycanın müasir nəqliyyat infrastrukturunun dünya miqyasında nümunə göstərilməsi Heydər Əliyevin irsinin canlı təzahürüdür.


Bu gün “1 №-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC kollektivində də Ulu Öndərin anım günü xüsusi ehtiramla qeyd olunur. Hər bir əməkdaş Heydər Əliyevin dövlətə, xalqa və elmi əsaslarla qurulmuş inkişaf strategiyasına olan sədaqətini öz peşə fəaliyyətində yaşatmağa çalışır. Onların fikrincə, Ulu Öndərin müəyyən etdiyi istiqamət bu gün üçün də ən düzgün, ən dayanıqlı inkişaf yoludur.


12 dekabr – Ümummilli Lider Heydər Əliyevin anım günü münasibətilə Etibar Kərimov dahi liderin xatirəsini böyük ehtiramla yad edir. O bildirir ki, Heydər Əliyevin siyasi irsi tükənməz bir məktəbdir və bu məktəbin əsas ideyası Azərbaycanın güclü, sabit və firavan dövlət kimi inkişaf etməsidir. Bu yolda çalışmaq isə hər bir Azərbaycan vətəndaşının, xüsusilə də dövlət sektorunda fəaliyyət göstərən hər bir rəhbərin müqəddəs borcudur.


Ulu Öndərin əziz xatirəsi daim uca və əbədidir. Etibar Kərimov və rəhbərlik etdiyi kollektiv isə bu müqəddəs irsi yaşatmaqla, onun müəyyən etdiyi yolla qətiyyətlə irəliləməklə dövlətə və xalqa olan sədaqətlərini nümayiş etdirirlər. Ulu Öndərin ruhu şad olsun – onun qurduğu inkişaf yolu Azərbaycanı daha böyük nailiyyətlərə aparmağa davam edəcək.