MKİ direktorunun Rusiyaya məxfi səfəri: ABŞ kəşfiyyatının bir nömrəli şəxsi Moskvada nə axtarırdı?
Anar Cəfərov – Yol hərəkəti təhlükəsizliyinə məsuliyyətli və peşəkar yanaşmanın nümunəsi
Əhməd Məmmədov – “İsti-isti” kulinariyanın uğurunda zəhməti və peşəkarlığı ilə seçilən rəhbər
Mehriban Əliyeva – Dövlətçilik missiyasına sədaqət və Prezident İlham Əliyevin etibarlı silahdaşı
Xeyriyyəçi, Vətənpərvər xanım Zərniyar Kərimova: “Mehriban Əliyeva – mələk simalı qadın”
Mehriban Əliyeva – Azərbaycan mədəniyyətinin və teatr sənətinin inkişafına böyük töhfə verən şəxsiyyət
Mehriban Əliyeva – ictimai-siyasi fəaliyyətin və humanizm dəyərlərinin parlaq nümunəsi
O, hər kəsin Mehribanıdır – hər evdə mərhəmətə, ümidə və xeyirxahlığa açılan bir pəncərə var onun simasında...
Beynəlxalq hüquq müdafiəçisi İsmayıl Zalov Gəncə Ağır Cinayətlər Məhkəməsində şəffaf və obyektiv məhkəmə prosesini yüksək qiymətləndirdi
HEYDƏR ƏLİYEV AZƏRBAYCAN DÖVLƏTÇİLİYİNİN MEMARI VƏ MİLLİ LİDERİ
Azərbaycan xalqı 12 dekabrı Ulu öndər Heydər Əliyevin anım günü kimi dərin sevgi və minnətdarlıq hissi ilə qeyd edir. Tarixə öz adını əbədi həkk etmiş nadir şəxsiyyətin, qüdrətli siyasi xadimin həyat və fəaliyyəti hər bir Azərbaycan vətəndaşının qürur mənbəyidir. Bütün xalqların milli azadlıq və istiqlaliyyət tarixində onun xilaskarı olan dahi şəxsiyyətlər olmuşdur. Bu insanlar öz qətiyyətləri ilə mənsub olduqları xalqı öz arxalarınca aparıb, taleyüklü məqamlarda xalqı qoruya bilmişlər.
Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşmüşdür. Heydər Əliyevin həyat yolu yüksək insani-əxlaqi keyfiyyətləri özündə təcəssüm etdirən nümunəvi məktəbdir. Onun ölkəmizə rəhbərlik etdiyi illər tariximizə intibah, milli tərəqqi, milli oyanış, nəhayət, müstəqil dövlət quruculuğu dövrü kimi daxil olub.
Heydər Əliyev Azərbaycan tarixində silinməz iz qoymuş, ölkənin siyasi, iqtisadi, sosial və mədəni inkişafında müstəsna rol oynamış nadir şəxsiyyətlərdən biridir. Onun siyasi fəaliyyəti və rəhbərliyi Azərbaycanın müstəqilliyinin qorunması və möhkəmləndirilməsi baxımından əvəzolunmazdır.
Heydər Əliyevin siyasi fəaliyyəti 1969-cu ildə Azərbaycan KP MK-nın birinci katibi seçilməsindən başlamışdır. Sovet dönəmində milli-mədəni inkişafın təməli qoyulmuş, təhsil, elm, sənaye və kənd təsərrüfatında mühüm nailiyyətlər əldə edilmişdir. 1982-ci ildə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi çalışmış və ümumittifaq miqyasında da nüfuzlu dövlət xadimi kimi tanınmışdır.
1990-cı illərdə ölkənin ən ağır siyasi və sosial böhran dövründə xalqın təkidi ilə yenidən hakimiyyətə qayıdan Heydər Əliyev, Azərbaycanın dağılmaq təhlükəsini aradan qaldırdı, sabitliyi və inkişafı təmin etdi. 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” onun neft strategiyasının parlaq nümunəsi olmuşdur.
Heydər Əliyev müstəqil Azərbaycanın əsas memarı kimi dövlət quruculuğunun bütün sahələrində köklü islahatlar aparmışdır. Konstitusiyanın qəbul olunması (1995), milli ordu quruculuğu, hüquqi dövlətin əsaslarının yaradılması və beynəlxalq əlaqələrin genişləndirilməsi onun fəaliyyətində mühüm yer tutmuşdur.
Heydər Əliyev Azərbaycan xalqının milli-mədəni irsinə daim diqqətlə yanaşmış, gənclərin vətənpərvər ruhda tərbiyəsi, təhsilin inkişafı və savadlı kadrların yetişməsi üçün mühüm tədbirlər görmüşdür. “Mən fəxr edirəm ki, azərbaycanlıyam!” deyimi onun xalqına olan sevgisinin simvoluna çevrilmişdir.
Heydər Əliyevin siyasi irsi bu gün də müasir Azərbaycan dövlətinin inkişafında əsas istiqamət kimi qalır. Onun müəyyən etdiyi strateji xətt Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Heydər Əliyev həm siyasi lider, həm də əsl xalq adamı kimi yaddaşlarda yaşayır və yaşayacaq. Onun anım günü Azərbaycan xalqı tərəfindən dərin ehtiramla qeyd olunur.
Həcər Emin qızı Hüseynova
ADPU, filologiya fakültəsi, Azərbaycan dilçiliyi kafedrası;
MMU HETİ Humanitar Şöbə;
f.e.d.,professor.
Pezident təqaüdçüsü, yazıçı-publisist,
“Zəfər”, “Nizami Gəncəvi-880””Azərbaycan xanımı” media mükafatları laureatı,
“Zirvədəki azərbaycanlılar” kitabının redaktoru























































